Icma.az
close
up
RU
“Psixoterapevt stresə görə müalicəyə gələn qızıma kobud davranıb”

“Psixoterapevt stresə görə müalicəyə gələn qızıma kobud davranıb”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qəbulu 140 manat olan tanınmış psixoterapevt Azər Bağırov qızımı stresə salıb”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə bloqer Aynur Qurbanqızı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib. 

Onun sözlərinə görə, qızı psixosomatikadan əziyyət çəkdiyi üçün həmin həkimə müraciət ediblər: “Qızım stresə düşəndə ürəkbulanması, qusmaları olur. Bunun üçün 3 dəfə psixoterapevt Azər Bağırovun qəbulunda olub, hər dəfə də 140 manat ödəmişik. Bundan əlavə, onun həyat yoldaşı da psixoloqdur və onun da yanına dəfələrlə yönləndirib. Həyat yoldaşının qəbulu 80-100 manatdır. Sanki ancaq pul yığmaq üçün şəbəkə qurub. Nə isə, problem pul deyil, pulu ona görə vurğuladım ki, görəsiniz ki, 140 manata bu həkimin qəbulu nədən ibarətdir. Dərmanlar bitdikdən sonra, ötən həftə qızım təkrar bunun qəbuluna gedib. Cəmi 15 dəqiqə zaman ayırıb və bu dəqiqələr içində də qızımı incidəcək ağır, kobud sözlər deyib”.

Ana deyir ki, dərmanlar bitdikdən sonra yenisini almayıblar. Buna səbəb isə həkimin başqa dərmanlar yazacağını düşünmələri olub. Lakin qızı qəbul zamanı həkimin kobud davranışı ilə üzləşib: “Üstəlik, dərmanların aylardır təsiri olmayıb. Qəbul zamanı həkimin cavabları məhz belə olub: “Qusursan? Nə olsun ki? Qusanda da qusacaqsan da. Sən nə gözləyirsən? Uğur? Mən sənə dərman yazıram, vəssalam. İçib-içməməyin məni maraqlandırmır. Mən sənin anan deyiləm, atan deyiləm ki, sənə can yandırım. Aramızda heç bir duyğusal bağ yoxdur. Sənə dərman da yazmaram, amma daha pul verib gəlmisən, yazıram…”

Qızım deyir ki, danışarkən də dediklərimə də fikir bildirmirdi, fikri növbəti xəstəni qəbula salmaqda qalmışdı. Məni narahat edən və əsəbiləşdirən nədir?! Bir psixoterapevt stresə görə müalicəyə gələn həssas gənc qıza necə belə kobud davrana bilər?! Bu nə sözlərdir deyir? Ürəyindən keçirə bilər, amma ifadə etmək nə dərəcədə etikdir? Axı qarşındakı məhz duyğusal stres pozğunluğuna görə sənin yanına müalicəyə gəlir. Biz 140 AZN pulu qəbula nə üçün ödəyirik? Həkimin borcu xəstəsinə elə məhz can yandırmaqdır ki, şəfa olsun. Sən aylardır müalicə alan pasiyentinə sağalmasına heç bir ümid vermirsənsə, laqeyd münasibət göstərirsənsə bunun adı nədir?!”

İddialarla bağlı psixoterapevt Azər Bağırovla əlaqə saxladıq. Həkim bildirdi ki, seanslarının müddəti stabildir: “Bizə bir çox psixiatrik xəstəliklər üzrə müraciətlər olur, psixosomatika da onlardan biridir. Müalicə seansları 30 dəqiqə, terapiya seansları isə 40–50 dəqiqə aralığındadır. Həmin yarım saatlıq müddət bitəndə köməkçim yeni bir xəstənin dosyesini gətirir və mən anlayıram ki, vaxtımız tamamlanıb. Yəqin həmin xanım da bunu nəzərdə tutub. 

Amma bunun xaricində mən tam olaraq tibbi protokollara uyğun şəkildə işləyirəm. Xəstəyə ilk növbədə diaqnozu bildirirəm. Əgər xəstənin yaşı 18-dən aşağıdırsa, valideyni ilə görüşür və vəziyyəti ətraflı izah edirəm. Xəstəliyin necə keçdiyini, hansı mərhələdə olduğunu və gələcəkdə nə baş verəcəyini — yəni, müalicənin gedişatını, müalicə kəsilərsə nə ola biləcəyini açıq şəkildə bildirirəm. Heç vaxt real olmayan ümidlər vermirəm. Mütləq şəkildə bildirirəm ki, kontrol müayinəsinə gələnə qədər dərman müalicəsini təyin etdiyim qayda və sxemə uyğun şəkildə davam etdirsinlər. Axsatmadan. Bunu dəfələrlə vurğulayıram”. 

Həkim həmin xəstənin nə vaxt gəldiyini xatırlamadığını əlavə edib: “Təəssüf ki, sosial şəbəkədə mənə qarşı, eləcə də müraciət edən digər insanlara qarşı təhqiramiz ifadələr işlədib. Onları “qoyun sürüsü” adlandırmaqla həm mənim etibarımı zədələməyə, həm də qarayaxma kampaniyası yaratmağa çalışıb. Bu məsələni hüquqi müstəvidə davam etdirməyi düşünürəm. Niyə belə etdiyini isə başa düşə bilmirəm. Əslində, həmin paylaşımı görəndə çaşqınlıq keçirdim. Çünki konkret olaraq problem yaşadığımız bir hadisəni xatırlaya bilmədim. Ola bilsin ki, xəstənin qızı görüşdə olub, anasına məlumat verib. Ancaq mənim hər hansı pasiyentlə kobud rəftarım mümkün deyil.

Bəzən müəyyən reallıqları — xəstəliyin gedişi ilə bağlı həqiqətləri — açıq şəkildə izah etdikdə, bəzi xəstələr və ya ailə üzvləri bunu qəbul etməyə hazır olmurlar və bu onlarda narahatlıq yaradır. Məsələn, psixosomatikada belə hallar ola bilər: isterik tutmalar — sanki diqqət çəkmək üçün etdikləri hissi yaradır. Amma əslində, bu tutmalar onların iradəsindən asılı olmadan baş verir. İstəkləri qarşılanmadıqda və ya əngəlləndikdə bu isterik reaksiyalar baş qaldıra bilər.

Ailələr də bu məlumatları qəbul etməkdə çətinlik çəkə bilər. Bütün bunlar mənim ehtimallarımdır ki, nə baş vermiş ola bilər. Onun xaricində deyilən digər şeylərin heç biri mümkün deyil”. 

Lamiyə Məmmədova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see120

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri