PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
PSJ Çempionlar Liqasının finalında qalib gələcəyi təqdirdə, klub azarkeşlərinin Parisdə çempionluq paradı keçirməsinə icazə verilməyəcək.
QOL.az xəbər verir ki, Parisin 8-ci dairə meriyasının yaydığı məlumata görə, Fransa rəhbərliyi paytaxtda baş verə biləcək iğtişaşların qarşısını almaq məqsədilə Yelisey çöllərində çempionluq yürüşünün keçirilməsinə qadağa qoyacaq.
Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 30-da Budapeştdə baş tutacaq və həlledici görüşdə PSJ-nin rəqibi Londonun "Arsenal" klubu olacaq. Bu, Paris təmsilçisi üçün ardıcıl ikinci Çempionlar Liqası finalıdır.
Xatırladaq ki, PSJ 2025-ci il mayın 31-də Münhendəki "Alyans Arena"da keçirilən finalda "İnter"i 5:0 hesabı ilə darmadağın edərək qitənin ən nüfuzlu kubokuna sahib çıxıb.
Baxış sayı:176
Bu xəbər 25 May 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















