PSJ “Barselona” matçı təxirə salınmayacaq
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Fransada kütləvi etirazlar və iğtişaşlar fonunda PSJ ilə “Barselona” arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununun təxirə salınması hazırda gündəmdə deyil.
İdman.Biz xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.
Belə ki, oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində genişmiqyaslı etiraz aksiyaları keçirilib. Aksiyalarda 550 min nəfər iştirak edib.
Etirazlar bəzi ərazilərdə toqquşmalar, mağazaların talan edilməsi və yanğınlarla müşayiət olunub.
Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Mənbə yazır ki, paytaxtın müxtəlif ərazilərində baş verən hadisələrə baxmayaraq, Fransa çempionatının həftəsonu oyunları təxirə salınmayıb. PSJ ilə “Barselona” arasındakı qarşılaşmanın da ləğvi və ya təxirə salınması məsələsi gündəmdə deyil.
Mənbənin yazdığına görə, “Barselona”nın nümayəndə heyətinin oktyabrın 19-da Parisə yola düşməsi, axşam saatlarında isə “Park de Prens” stadionunda rəsmi məşq keçirməsi planlaşdırılıb.
Qeyd edək ki, PSJ - “Barselona” qarşılaşması oktyabrın 20-də keçirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Oktyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















