PSJ Donnarumanı 2 seçim arasında qoydu
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
PSJ qapıçısı Canluici Donnaruma ilə bağlı sərt mövqe nümayiş etdirib.
Fanat.Az xəbər verir ki, Paris təmsilçisi italiyalı qolkiperə iki seçim təqdim edib: ya yeni klub tapsın, ya da mövsümü ehtiyat skamyasında keçirməyə razılaşsın.
Fransanın nüfuzlu “Foot Mercato” nəşrinin məlumatına görə, Donnarumanın meneceri müştərisini bir neçə kluba təklif edib.
Onun adının hallandığı komandalar arasında Türkiyə çempionu “Qalatasaray” da var.
25 yaşlı qapıçı ilə bağlı qərarın yaxın günlərdə verilməsi gözlənilir. Donnaruma ötən mövsüm PSJ-nin əsas heyətində çıxış etsə də, klub rəhbərliyi yeni transfer planları çərçivəsində onun gələcəyini sual altına alıb.
Kamil Xudiyev
Baxış sayı:112
Bu xəbər 08 Avqust 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















