PSJ Mbappeni 100 milyon avroluq zərərə görə məhkəməyə verdi
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
PSJ keçmiş hücumçusu Kilian Mbappeni komandanın imicinə vurulan zərərə görə 98 milyon avro təzminat tələbi ilə məhkəməyə verib.
"Unikal" “RMC Sport”a istinadən xəbər verir ki, mayın 12-də klubun vəkilləri məhkəmədən Mbappenin PSJ-dən maaş və bonuslar kimi tələb etdiyi 55 milyon avronun ödənilməsi ilə bağlı qərarın ləğv olunmasını israrla istəyiblər.
Klubun hüquqşünas komandası Mbappenin bu məbləğin klubdan alınmasını əsaslandıracaq yetərincə sübut təqdim etmədiyini bildirir. Klub nümayəndələri hesab edirlər ki, əksinə, məhz futbolçu PSJ-yə vurduğu imic zərərinə görə onlara pul ödəməlidir.
PSJ-nin vəkilləri qeyd ediblər ki, bu iddianın əsas məqsədi 98 milyon avronun qaytarılması deyil, ödəniş öhdəliyinin Mbappenin üzərində olduğunu göstərməkdir.
Baxış sayı:131
Bu xəbər 13 May 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















