Icma.az
close
up
RU
PSJ nin çempionluğu ertələndi

PSJ nin çempionluğu ertələndi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

PSJ artıq 27-ci turda çempion ola bilərdi. Səfərdə “Sent-Etyen”i darmadağın edən parislilər xalını 71-ə çatdırdı.

Kəhrəba sahili derbisində heç-heçə qeydə alınsaydı, onlar çempionluğu rəsmiləşdirəcəkdi. Ancaq “Nitsa” üzərində əzmkar qələbə qazanan “Monako” PSJ-nin çempionluğunu ən azı növbəti tura saxladı.
“Knyazlar” bu qələbə sayəsində 2-ci pilləyə yüksəldi, “Nitsa” isə 4-cü pillədə qaldı.
“Monako”nun 2-ci yeri ələ keçirməsinin səbəbkarı isə “Marsel”di. Mövsümə çox yaxşı başlayan cənublular ardıcıl 3-cü məğlubiyyətlə barışdı. Özü də Roberto De Zerbinin çalışdırdığı komanda elitada yerini qorumağa çalışan “Reyms”ə uduzdu.
“Lans”ı qəbul edən “Lill” yeganə qolla qələbə qazandı və “avrokubok zonası”nda yerini qorudu. Evdə “Lion”u məğlub edən “Strasbur” da avrokuboklara can atır.
Qalan oyunlara gəlincə, “Brest” səfərdə “Tuluza”nı, “Renn” “Anje”ni məğlub etdi. “Oser” autsayder “Monpelye”dən üstün oldu, “doğma divarlar” arasında “Nant”ı məğlub edən “Havr” elitada yerini qorumağa çalışır.
27-ci tur
Sent-Etyen – PSJ 1:6

Stassen, 9 – Ramuş, 43-p. Kvaratsxeliya, 50. Due, 53; 67. Neveş, 62. Mbay, 90. (37108)
PSJ: Safonov, L.Ernandes, Beraldo (Kimpembe, 78), Paço (Mendeş, 64), Ruis, Zair-Emeri (Vitinya, 57), Neveş, Kvaratsxeliya (Dembele, 64), Due, Ramuş (Mbay, 78), Barkola.
Monako – Nitsa 2:1
Biret, 55. Embolo, 73 – Boqa, 41. (11564)
Monako: Kyon, Sinqo, Kerer, Mavissa, Enrike, Akliuş, Zakariya, Kamara (Əl-Musrati, 89), Minamino (Dyatta, 84), Biret (Baloqan, 76), Embolo (Qolovin, 84).
Reyms – Marsel 3:1
Nakamura, 29. Dyakon, 52. Atanqana, 69 – Ronjye, 78. (20213)
Strasbur – Lion 4:2
Santos, 55. Bakva, 60. Emeqha, 74. Amo-Ameyo, 89 – Tolisso, 62. Mikautadze, 90+7-p. (19496)
Tuluza – Brest 2:4
Syerro, 65. Kinq, 78 – Burqo, 22. Pereyra Laje, 26. Dumbiya, 62. Kamara, 90. (24418)
Anje – Renn 0:3
Kalimuendo, 13; 90+5. Kone, 70. (11747)
Oser – Monpelye 1:0
Aye, 82. (16558)
Havr – Nant 3:2
Ture, 13-p.; 27-p. Pembele, 88 – Sou, 23. Simon, 48. (20436)
Lill – Lans 1:0
Fernandes-Pardo, 19. (49197)
1. PSJ 27 22 5 0 79-26 71
2. Monako 27 15 5 7 53-33 50
3. Marsel 27 15 4 8 54-36 49
4. Nitsa 27 13 8 6 51-33 47
5. Lill 27 13 8 6 41-28 47
6. Strasbur 27 13 7 7 45-35 46
7. Lion 27 13 6 8 52-37 45
8. Brest 27 12 4 11 42-42 40
9. Lans 27 11 6 10 31-30 39
10. Oser 27 9 8 10 38-39 35
11. Tuluza 27 9 7 11 35-33 34
12. Renn 27 10 2 15 38-37 32
13. Nant 27 6 9 12 31-46 27
14. Anje 27 7 6 14 26-45 27
15. Reyms 27 6 8 13 29-41 26
16. Havr 27 7 3 17 29-57 24
17. Sent-Etyen 26 5 5 16 26-63 20
18. Monpelye 26 4 3 19 21-60 15
Bombardirlər: Dembele (PSJ) – 21, Qrinvud (Marsel) – 15, Devid (Lill) – 14, Barkola (PSJ), Kalimuendo (Renn) – 13.
Növbəti turun oyunları aprelin 4-6-sı aralığında keçiriləcək: Nitsa – Nant, PSJ – Anje, Brest – Monako, Lion – Lill, Lans – Sent-Etyen, Monpelye – Havr, Reyms – Strasbur, Renn – Oser, Marsel – Tuluza.
Turun rəqəmi
38 – səfərdə məğlubiyyətsiz oyunlar seriyasını bu həddə çatdıran PSJ bu göstəricidə “böyük beşlik” ölkələri üçün rekordu təkrarladı. Paytaxt klubu son 38 səfər oyununun 30-da qalib gəlib, 8-də heç-heçə edib. “Milan” da 1991-93-cü illər aralığında səfərdə bu qədər oyunda uduzmayıb.
Turun ulduzu
Maqnes Akliuş (Monako) – turun mərkəzi oyununun taleyini iki məhsuldar ötürmə ilə həll etdi. Təcrübəli yarımmüdafiəçi əvvəlcə Biretin, ardından Embolonun fərqlənməsinə şərait yaratdı. Üstəlik sonda “Nitsa”dan Dante məhz Maqnesə qarşı kobudluğa görə meydandan qovuldu.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Daim təkrarladığım bir ifadə var: “Mənə bəraət yox, nəticə lazımdı”. “Sent-Etyen”i təbrik etməliyəm. Rəqib 30 dəqiqə yüksək səviyyədə oynadı, təyyarəyə bənzəyirdi. 2025-ci ildə heç bir komanda bizə qarşı belə oynamamışdı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Aprel 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri