PSJ nin sabiq oyunçusu Ançelottinin klubdakı rolundan danışıb
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Braziliya millisinin və PSJ-nin sabiq futbolçusu Şerrer Maksvell Fransa klubunun son mövsümlərdəki uğurları barədə danışıb.
İdman.Biz xəbər verir ki, Maksvell PSJ-nin son illərdəki inkişafında bir sıra şəxslərin rolunu qeyd edib.
“Luiz Enrike gələndə yeni sima formalaşdırdı və kollektiv oyuna kökləndi. Çempionlar Liqasındakı çətin anlarda belə onlar komanda kimi oynamağa davam etdilər və bu, onlara iki fantastik titul qazanmağa imkan verdi. Nasser Əl-Xelaifi, Luiz Enrike və Luiş Kampuşun uğuru ondadır ki, onlar hər il qələbə uğrunda mübarizə aparan komanda qurublar.
Markinyos, məsələn, həm keçmişi, həm də indiki zamanı eyni anda təmsil edir. Ümid edirəm ki, onlar bu yolu cari mövsümdə də davam etdirəcəklər. Əvvəllər oynadığım klubların artıq qələbə tarixi var idi, lakin mən gələndə PSJ tamamilə fərqli idi. Ançelotti bu transformasiyanın ilk mərhələsində həyati vacib rol oynadı. Biz klub üçün yeni tarix yazmaq istəyi ilə hər matça çıxardıq.
Nasser məni əvvəldən qarşıladı və futbolçu statusundan administrasiya üzvü statusuna keçməyimə şərait yaratdı. İndi PSJ-nin ardıcıl iki dəfə Çempionlar Liqasını qazandığını görmək məndə qeyri-adi hiss yaradır”, – deyə Maksvell bildirib.
Baxış sayı:151
Bu xəbər 15 Sentyabr 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















