Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

PSJ və “Borussiya” böyük üstünlük qazandı

PSJ və “Borussiya” böyük üstünlük qazandı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Çərşənbə axşamı Çempionlar Liqasında pley-offun və ya başqa cür ifadə etsək, 1/16 finalın ilk oyunları keçirildi. İlk növbədə bütün oyunların yüksək məshuldarlıqla müşayiət olunduğunu qeyd etməliyik. 4 oyunun hər birində ən azı üç qol vuruldu. “Brest” – PSJ, “Sportinq” – “Borussiya” cütlərində mübarizənin taleyi həll olundu.

Çərşənbə günü həm məhsuldarlıq aşağı düşdü, həm də komandaların heç biri böyükhesablı qələbə qazana bilmədi. Bununla belə, “Benfika” ilə “Bavariya”nın növbəti mərhələyə daha yaxın olduğunu demək olar.
“Mançester Siti” – “Real” qarşıdurması final statusuna layiqdi, ancaq bu mövsüm iş elə gətirib ki, turnirin favoritlərindən biri pley-offda dayanmalı olacaq. “Real” MS ilə səfər oyununda iki dəfə hesabda geri düşsə də, sonda qələbəni bayram etdi. Madridlilər ilk yarıya fəal başladı və elə də bitirdi, ancaq hissənin ortalarında biz məhz dominantlıq etməyi bacaran “Siti” gördük. “Şəhərlilər” məhz bu zaman kəsiyində bir qol vurdu, hərçənd daha artığı da mümkün idi. 2-ci hissədə təşəbbüs əldən-ələ keçdi. “Real” Mbappenin 60-cı dəqiqədəki qeyri-adi qolu ilə hesabı bərabərləşdirdi. Amma Holann Sebalyosun Fodenə qarşı kobudluğuna görə təyin olunan penaltini qola çevirməklə növbəti dəfə komandasını önə keçirdi. Bu üstünlüyü qorumaq mümkün olmadı. Müdafiədə sıralanan səhvlər “Real”ın nəinki hesabı bərabərləşdirməsinə, hətta uzatma dəqiqələrində qələbə topunu vurmasına da səbəb oldu. Bir sözlə, “Siti”nin bədbəxtlikləri davam edir. Komanda elə bu mərhələdə mübarizəni dayandırsa, heç kim təəccüblənməyəcək.
PSJ bu mövsüm artıq iki dəfə “Brest” üzərində inamlı qələbə qazanıb. Bu komandalar arasındakı 3-cü dueldə də oxşar nəticə qeydə alındı. Luis Enrikenin komandası faktiki ilk oyunda cütün taleyini həll etdi. “Brest”in paytaxda 0:3-ün əvəzini çıxması çətin, hətta mümkünsüz görünür. Xüsusən də müdafiədəki ciddi problemlər fonunda. Hələ fasiləyə qədər PSJ iki qol vurdu. Əvvəlcə Dembelenin zərbəsindən sonra top cərimə meydançasında Les-Melunun əlinə dəydi. Referi İrfan Pelto dərhal “nöqtə”ni göstərmədi, VAR-ın siqnalından sonra videotəkrara baxıb belə qərar verdi. Ardından “Brest” hesabı bərabərləşdirə bilərdi. Qısa zaman kəsiyində qapı çatı iki dəfə parislilərin köməyinə çatdı. PSJ nəinki qapısını toxunulmaz saxladı, hətta son vaxtlar əla forma yığan Dembele fasilə ərəfəsində 2-ci qolu da vurdu. 2-ci hissənin əvvəlində “Brest” yenidən təzyiqi artırdı. Bu dəfə Simanın zərbəsi dirəkdən döndü. Qonaqlar isə əks-hücumlarda hədsiz təhlükəli görünürdü. Onlar bir neçə qol imkanını qaçırsalar da, hər halda, Dembele darmadağını rəsmiləşdirən qolu vurdu. “Brest”in qalan zaman kəsiyində təsəlli qolunu vurmaq cəhdləri uğursuzluğa düçar oldu. Hərçənd bu komandanın azarkeşləri qitənin ən nüfuzlu klub turnirində debüt mövsümündə qeydə alınan nəticələrdən yalnız qürur duya bilər.
PSJ ilə yanaşı, “Borussiya”nın da 1/8 finala adlamasına yalnız möcüzə mane ola bilər. “Sportinq” indiki vəziyyətində səfərdə üç qolun əvəzini çıxmağa qadir olan komanda kimi görünmür. Amma oyunun əvvəlində məhz “şirlər” daha üstün təsir bağışladı. Dortmundlular ilk yarıda Ruy Silvanı, demək olar ki, narahat etmədilərsə, lissabonluların maraqlı hücumlarının sayı çox idi. Arauxo topu tirə vurdu, Harder əlverişli imkanları qaçırdı. Fasilədə paltardəyişmə otağında nəsə baş verdi – görünür, Kovaç hücumçuları qıcıqlandıran ifadələr işlətmişdi. “Borussiya” 2-ci hissədə dəfələrlə məzmunlu və effektli oyun göstərdi. Təzyiqi artıran qonaqlar sona yarım saat qalmış hesabı açdı. Girassi Brandtın cərimə meydançasına ötürməsindən yararlandı. Ardından Borjeş dəyişikliklər etməyə başladı, “Borussiya” isə bir neçə dəqiqə ərzində 2-ci qolu da vurdu. Bu dəfə Qross Girassini ötürməsini tamamladı. Hesab 0:2 olandan sonra qonaqlar özünü daha rahat və inamlı hiss etdi, “Sportinq”in oyun intizamı isə tam pozuldu. Nəticədə sona 10 dəqiqə qalmış əks-hücum zamanı Adeyemi darmadağına səbəb olan qolu vurdu və cütün taleyini həll etdi. Artıq dortmundlular rahat nəfəs ala və bundesliqada vəziyyəti düzəltmək haqda düşünə bilər. “Sportinq”in isə Portuqaliyada titulunu qorumaqdan başqa vəzifəsi qalmadı.
PSV-ni qəbul edən “Yuventus” təşəbbüsü ələ alıb ilk dəqiqələrdən rəqibi öz qapısı ağzına sıxışdırdı. Əsasən Veanın cinah keçidləri təhlükə yaradırdı. Qonsales də ona fəal şəkildə yardım edirdi. İş o yerə çatmışdı ki, müdafiəçi Qatti də cəsarətlə hücuma atılırdı. Məhz o, “Yuve”nin ilk qolunu təşkil etdi. Əvvəlcə topu ələ keçirdi, ardından sinəsi ilə Makkenninin önünə atdı – amerikalı yarımmüdafiəçi cərimə meydançasının xətti üzərindən dəqiq zərbə ilə topu tirin altına göndərdi. Bununla kifayətlənməyən meydan sahibləri daha bir neçə perspektivli hücum qurdu. Sonradan meydana çıxan Mbanqula 2-ci hissənin əvvəlində fərqi artırmaq imkanı qazansa da, onun zərbəsindən sonra Flaminqo topu qapı xəttindən çıxardı. Və qəfil qonaqlar hesabı bərabərləşdirdi: Lokatellidən səkən topa yiyələnən Perişiç aldadıcı hərəkətlə Kellini işsiz qoyub yaxın küncü “nişan aldı”. Motta ehtiyatdakı oyunçuları cəlb etməklə hücumu gücləndirdi və “Yuve” sonda uğura nail oldu. Qapıçı Benites Konseysaonun sağ cinahdan asmasının qarşısını alsa da, Mbanqula dönən topa özünü çatdırdı. Eyndhovenlilər qalan vaxt ərzində topu meydanın rəqibə aid hissəsinə keçirməyə çalışsalar da, turinlilər savadlı şəkildə hesabı qorumaq üçün oynadılar.
pley-off, ilk oyunlar
Mançester Siti – Real 2:3 (1:0)

Mançester Siti (İngiltərə): Ederson, Akanci (Lüis, 46), Diaş, Ake (Kovaçiç, 61), Qvardiol, B.Silva, Stounz, De Bruyne (Gündoğan, 84), Savinyo (Marmuş, 84), Qriliş (Foden, 30), Holann.
Real (Madrid, İspaniya): Kurtua, Valverde, Asensio, Çuameni, Mendi, Sebalyos (Modriç, 81), Kamavinqa, Bellingem, Rodriqo (Dias, 84), Mbappe (F.Qarsiya, 90+2), Vinisius.
Qollar: Holann, 19 (1:0). Mbappe, 60 (1:1). Holann, 80-p. (2:1). Dias, 86 (2:2). Bellingem, 90+2 (2:3).
Hakim: Kleman Türpen (Fransa).
11 fevral. Mançester. 52081 tamaşaçı.
Brest – PSJ 0:3 (0:2)
Brest (Fransa): Bizot, Lyalya, Şardonne, Kulibali, Aydara, Kamara (Pereyra Laje, 83), Les-Melu (Salah, 83), Manyetti (Fernandeş, 64), Fevr (Dumbiya, 72), Ajork, Sima (Balde, 64).
PSJ: Donnarumma, Mendeş, Paço, Markinyos, Hakimi, Ruis, Vitinya, Neveş, Due (Kvaratsxeliya, 67), Dembele (Ramuş, 83), Barkola (Li Kan İn, 75).
Qollar: Vitinya, 21-p. (0:1). Dembele, 45 (0:2). Dembele, 66 (0:3).
Vərəqələr: Barkola, 70. Şardonne, 74 – sarı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
11 fevral. Genqam. 15831 tamaşaçı.
Sportinq – Borussiya D 0:3 (0:0)
Sportinq (Lissabon, Portuqaliya): R.Silva, Fresneda (Kuarejma, 73), Sent-Yuste, Diomande, Reys (Braqansa, 62), Simoynş (Morita, 62), Debast (Teyşeyra, 73), Kenda, Trinkan, Arauxo, Harder (Dyökereş, 59).
Borussiya (Dortmund, Almaniya): Kopel, Ryuerson, Can, Şlotterbek, Svensson (Zyule, 90+3), Zabitser, Qross (Özcan, 90+3), Adeyemi (Çukvuemeka, 86), Brandt (Düranvil, 86), Gittens (Bayer, 65), Girassi.
Qollar: Girassi, 60 (0:1). Qross, 68 (0:2). Adeyemi, 82 (0:3).
Vərəqələr: Girassi, 66. Trinkan, 78 – sarı.
Hakim: Espen Eskos (Norveç).
11 fevral. Lissabon. 41543 tamaşaçı.
Yuventus – PSV 2:1 (1:0)
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Vea, Qatti, Veyqa, Kelli, Lokatelli (Türam, 68), Luis, Qonsales (Konseysao, 58), Makkenni (Koopmeyners, 68), Yıldız (Mbanqula, 46), Kolo Muani (Vlahoviç, 77).
PSV (Eyndoven, Niderland): Benites, Ledesma, Flaminqo, Obispo, Junior, Saybari (Til, 72), Shauten, Verman, Perişiç, L.de Yonq, Lanq (Bakayoko, 72).
Qollar: Makkenni, 34 (1:0). Perişiç, 56 (1:1). Mbanqula, 82 (2:1).
Vərəqə: L.de Yonq, 73 – sarı.
Hakim: Daniel Zibert (Almaniya).
11 fevral. Turin. 39886 tamaşaçı.
Oyundan sonra
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Nəticə ortadadı. Oyunda irəli çıxandan sonra dəfələrlə sonda belə hadisə ilə üzləşmişik. “Sportinq”, “Brentford”, “Mançester Yunayted”... Belə şey ilk dəfə olmur. Bəlkə də “Real”a qarşı indiyəqədərki ən yaxşı oyunumuzu keçirdik. Komandama qəzəblənə bilmərəm. Hansı səviyyədə komanda ilə qarşılaşdığımızı bilirik. Sadəcə, əlimizdə olan qələbəni qaçırmağı qəbul etmək çətindi. Ancaq cavab görüşündə vəziyyəti düzəltməyə çalışacağıq”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Sözün bütün mənalarında mükəmməl oyun alındı. “Real” yaxşı müdafiə olundu, hər kəs yorulmadan çalışdı. Komanda hücumda effektli oldu, çoxlu təhlükəli vəziyyət yaratdı. Təslim olmadıq. Haqq etdiyimiz qələbəni qazandıq. Təhlükəli hücumlar qurduq, daha böyük uğura nail ola bilərdik. Həqiqətən nəticələrimiz yaxşıdı. Bu gün müdafiədə yer alan dörd futbolçu əvvəllər heç vaxt birgə oynamayıb. Amma bu, yalnız ilk oyun idi, hələ cavab görüşü də var”.


Erik Rua, “Brest”in baş məşqçisi:

“PSJ ilə hər oyundan sonra təəssüf hissini çatdırırıq. Komandamızı tənqid etmək istəmirəm. Bununla belə, ələ düşən imkanlardan yaxşı yararlanmadıq, müdafiədə yetərincə yaxşı oynamadıq. Belədə bu səviyyədə komandalarla oynmaq çətinləşir. Təəssüf ki, oyun belə alındı. 0:3 ağrıdıcı hesabdı, ancaq düşünürəm ki, rəqib qələbəni haqq etdi”.


Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Nəticə məni sevindirdi. “Brest” son 5 oyunda bizə 8 qol vuran komandadı. Bu üzdən müdafiədəki etibarlı oyundan razıyam. Sabit şəkildə oyunumuzu yaxşılaşdırırıq. “Brest” bizi can qoymağa məcbur etdi, biz isə yaxşı müdafiə olunduq. Komandamız hücum üçün yaranıb. İndi biz yüksəlişdəyik, “Mançester Siti” üzərində qələbə bizə inam bəxş etdi. Dembele? Ondan Milad bayramında nə yediyini soruşmağınıza dəyər. Əla forma yığıb. Usman ötən mövsüm güclü idi, 2025-ci ildə isə daha da güclənib”.


Ruy Borjeş, “Sportinq”in baş məşqçisi:

“İlk yarını əla keçirdiyik, bu oyunda daha yaxşı nəticəyə layiq idik. Özümüzü yaxşı göstərdik, pressinq etməyə çalışdıq, duelləri qazandıq. İkinci hissədə də güc mövqeyindən çıxış etmək istədik, ancaq qollar buraxmağa başladıq. Hərçənd oyun bərabər səviyyədə gedirdi. Dortmundlulara afərin”.


Niko Kovaç, “Borussiya”nın baş məşqçisi:

“Tam haqq etdiyimiz qələbədi. Xüsusən də 2-ci hissədə hadisələrin necə cərəyan etdiyini nəzərə alsaq. Fasiləyə qədər bərabər səviyyədə oyun getdi, ancaq sonra sürəti artırdıq, topa daha yaxşı nəzarət etməyə başladıq. Zaman-zaman, sadəcə, fantastik oyun göstərdik. Elə onda da qollar vurduq. Göstərdiyimiz oyuna görə sevinirik”.


Tyaqo Motta, “Yuventus”un baş məşqçisi:

“Hələ cavab görüşü də keçirməliyik. Onda çox yaxşı futbol oynamağı bacaran komandaya qarşı daha yaxşı oynamalıyıq. Evdə və ya səfərdə oynamağımızdan asılı olmayaraq, həmişə mükəmməlləşməyə çalışırıq. Daha böyük qüvvə ilə hücum etməliyik. Bu baxımdan çatışmazlığımız var. Bu gün əvvəlki oyunlarla müqayisədə bir qədər yaxşı oldu, ancaq bir qədər də yaxşılaşdıra bilərik”.


Peter Bos, PSV-nin baş məşqçisi:

“Yuventus”un çox güclü pressinq tətbiq etdiyi ilk 5-6 dəqiqədə dözdük, bundan sonra oyuna nəzarət etdik, hərçənd top daha çox “Yuventus”un nəzarəti altındaydı. Ancaq vəziyyətə nəzarət edirdik, hətta 2-ci hissədə fantastik qol vurduq. Təəssüf ki, ardından 2-ci qolu buraxdıq. İrəlidə bizi daha bir oyun gözləyir”.


Faktlar
* “Real”la oyunda dubl edən Erlinq Holann Avropanın əsas klub turnirində qol sayını 49-a çatdırdı. 24 yaşlı norveçli bunu 48-ci oyunda bacardı. Holann karyerası boyunca ÇL-də 48 qol vuran Andrey Şevçenko ilə Zlatan İbrahimoviçi arxada qoydu. Xatırladaq ki, ukraynalı 48 qol həddinə 100-cü, isveçli isə 124-cü oyunda çatıb. Turnirin qol sayına görə rekordçusu isə “Yuventus”, “Real” və “Mançester Yunayted”in sabiq hücumçusu Kriştiano Ronaldodu (140).
* PSV-nin yarımmüdafiəçisi İvan Perişiç “Yuventus”la oyunda bərabərlik qolunun müəllifi oldu. Xorvatiyalı həmin gün 36 yaş 9 günlük idi. Perişiç PSV-nin tarixinə Çempionlar Liqasında (Kubokunda) qol vuran ən yaşlı futbolçu kimi düşdü.
* “Real” Avropanın ən nüfuzlu klub turnirində (1992-ci ilə qədər Çempionlar Kuboku adlanırdı) 300-cü qələbəsini qazandı. Madrid klubu bu həddə 498-ci oyunda çatdı. ÇL-də (ÇK-da) qələbə sayına görə 2-ci yerdə “Bavariya” (402 oyunda 241 qələbə), 3-cü yerdə isə “Barselona” (357 oyunda 209 qələbə) qərarlaşıb.
* “Real”a uduzan “Mançester Siti” cari mövsümdəki 12-ci məğlubiyyətini aldı. Bütün 2019/20 mövsümündə də Mançester klubu 12 dəfə uduzmuş, bu isə Qvardiolanın məşqçi karyerasının antirekordu olmuşdu. İrəlidə hələ xeyli oyun olacağını nəzərə alsaq, ispaniyalı mütəxəssis yeni antirekord müəyyənləşdirəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Fevral 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see280

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see227

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see190

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see189

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see167

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see162

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see159

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see159

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see158

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see157

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see156

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see155

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see154

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see150

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see149

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see148

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see148

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri