Icma.az
close
up
RU
PSJ xal fərqini artırdı, “Monako” ardıcıl ikinci oyunda uduzdu

PSJ xal fərqini artırdı, “Monako” ardıcıl ikinci oyunda uduzdu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransada tur PSJ-nin növbəti qələbəsi ilə əlamətdar oldu.

“Lans”ı məğlub etməklə xalını 26-ya çatdıran lider indi ən yaxın izləyicilərindən - “Marsel”lə “Monako”dan 6 xal irəlidədi. “Knyazlar” gözlənilmədən evdə “Anje”yə uduzdu, cənublular isə səfərdə “Nant”ı məğlub etdi. 4-cü pillədə “Lion”la oyunda heç-heçə edən “Lill” qərarlaşıb.
“Lans”ı qəbul edən PSJ artıq 4-cü dəqiqədə hesabı açdı. Sonrakı dəqiqələrdə də paytaxt klubu dəfələrlə fərqi artıra bilərdi. 60-cı dəqiqədə azlıqda qalan qonaqların xal ümidi “dəfn olundu”.
Ötən tur evdə PSJ-yə böyük hesabla uduzan “Marsel”in baş məşqçisi De Zerbi “Nant”la səfər oyununda xüsusən də hücum xəttində ciddi dəyişikliklərə əl atmışdı. Hissənin ortalarında Mope qonaqları irəli çıxarsa da, 39-cu dəqiqədə “status-kvo” bərpa olundu. 2-ci hissənin əvvəlləri bərabər mübarizə şəraitində və qol vəziyyətləri baxımından kasad keçdi. Amma 61-ci dəqiqədə Qrinvud gözəl zərbə ilə “Marsel”in 2-ci qolunu vurdu. Ardından dəyişikliklər, fasilələr, zədələr oldu, bir sözlə, oyunun tempi önəmli dərəcədə aşağı düşdü. “Marsel” hesabı qorumaq üçün oynadısa, “Nant”ın bərabərlik qolu axtarışı uğursuz bitdi.
“Monako”nun qonağı buna qədər yalnız bir qələbəsi olan “Anje” idi. 29-cu dəqiqədə qapısında qol görən “knyazlar” sona qədər çox çalışsalar da, hesabı bərabərləşdirə bilmədilər.
“Havr” – “Monpelye” oyunu autsayderlərin dueli idi. Yeganə qolla qalib gələn “Havr” 6 oyunluq məğlubiyyət seriyasını qırdı. Mövsümdə 8-ci məğlubiyyətini alan “Monpelye” isə yeni baş məşqçi Jan-Lui Qasse ilə də vəziyyəti düzəldə bilmir.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Lion”u qəbul edən “Lill” 17-ci dəqiqədə hesabı açdı. “Şimallı itlər” qələbəyə çox yaxın olsa da, uzatma dəqiqələrində Fofana hesaba tarazlıq gətirdi. “Nitsa” səfərdə “Brest”ə qalib gəldi, “Reyms” səfərdə “Tuluza”ya uduzdu. “Sent-Etyen” evdə “Strasbur” üzərində inamlı qələbə qazandı. “Oser” isə “Renn”in qapısından 4 cavabsız qol keçirdi.
10-cu tur
PSJ – Lans 1:0

Dembele, 4. (47926)
PSJ: Safonov, Hakimi, Markinyos, Paço, Mendeş, Ruis (Zair-Emeri, 71), Vitinya, Neveş, Dembele (Li Kan İn, 61), Asensio (Due, 71), Barkola.
Nant – Marsel 1:2
Kadevere, 39 – Mope, 24. Qrinvud, 61. (33248)
Marsel: Rulyi, Lirola (Kornelius, 69/Ronjye, 87), Balerdi, Kondoqbia, Merlen (Murilyo, 59), Rabyo, Heybyerq, Qrinvud, Kone (Enrike, 59), Rou (Brasye, 69).
Monako – Anje 0:1
Aolu, 29. (10540)
Monako: Mayetski, Diatta, Sinqo, Kerer, Enrike (Uattara, 83), Kamara (Buabre, 80), Minamino, Akliuş, İlenihena (Ben Seqir, 46), Qolovin, Embolo.
Lill – Lion 1:1
Devid, 17 – Fofana, 90+1. (45084)
Lill: Şevalye, Menye (Ture, 85), Dyakite, Mandi, Qudmundsson, Andre, Mukau (Bayo, 81), Jeqrova (Bakker, 84), Qomes (Buaddi, 70), Sahraui (Fernandes-Pardo, 70), Devid.
Brest – Nitsa 0:1
[/b]Gessand, 42. (14534)
[b]Sent-Etyen – Strasbur 2:0
Nade, 51. Sissoko, 78. (33043)
Tuluza – Reyms 1:0
Abuhlyal, 85. (23752)
Havr – Monpelye 1:0
Ture, 73-p. (18703)
Oser – Renn 4:0
Perren, 27; 39. Sinayoko, 64-p. Onaivu, 90+2. (16366)
1. PSJ 10 8 2 0 29-8 26
2. Marsel 10 6 2 2 23-12 20
3. Monako 10 6 2 2 15-7 20
4. Lill 10 5 3 2 16-9 18
5. Nitsa 10 4 4 2 19-9 16
6. Lion 10 4 3 3 17-15 15
7. Lans 10 3 5 2 9-7 14
8. Reyms 10 4 2 4 16-15 14
9. Strasbur 10 3 4 3 19-19 13
10. Oser 10 4 1 5 17-18 13
11. Brest 10 4 1 5 13-16 13
12. Tuluza 10 3 3 4 11-11 12
13. Renn 10 3 2 5 13-16 11
14. Nant 10 2 4 4 12-14 10
15. Anje 10 2 4 4 11-16 10
16. Sent-Etyen 10 3 1 6 10-24 10
17. Havr 10 3 0 7 8-20 9
18. Monpelye 10 1 1 8 8-30 4
Bombardirlər: Barkola (PSJ) – 8, Devid (Lill), Qrinvud (Marsel) – 7.
Növbəti turun oyunları noyabrın 8-10-u aralığında keçiriləcək: Marsel – Oser, Strasbur – Monako, Lans – Nant, Anje – PSJ, Nitsa – Lill, Monpelye – Brest, Havr – Reyms, Renn – Tuluza, Lion – Sent-Etyen.
Turun rəqəmi
7 – Qrinvud ilk 10 turda bu qədər qol vurub. 21-ci əsrdə “Marsel” forması geyən futbolçulardan yalnız Mario Balotelli 7 qol həddinə daha tez (9 oyun) çatıb.
Turun ulduzu
Usman Dembele (PSJ) – oyunboyu fəal təsir bağışladı, hesabı açdı, cari mövsümdə qol sayını 5-ə çatdırdı. Bəzən Luis Enrikenin qəzəbinə düçar olmasaydı, indi qol sayı daha çox olardı.
Turun sitatı
Paulo Barboza, portuqaliyalı agent:

“Donnarumma kimi qapıçı əsas heyətdə yer almadığına görə inadla məşq edə də bilər, motivasiyasını itirə də bilər. Bu sırf psixoloji məqamdı. İtaliyalı qapıçının əsas heyətdən kənarda qalmasına necə reaksiya verəcəyi çox maraqlıdı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri