PSJnin prezidenti : Dünyanın ən yaxşı məşqçisi bizdədir
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
PSJ-nin prezidenti Nasser Əl-Xelayfi Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Zalsburq”la oyundan (3:0) sonra komandanın baş məşqçisi Luis Enrike haqda danışıb.
QOL.az xəbər verir ki, o, mütəxəssisə dəstək olub:
"Luis Enrike bizimlə qalacaq. Onunla uzunmüddətli layihə qururuq. Enrike bunu bilir. Dünyanın ən yaxşı məşqçisi bizdədir.
“Zalsburq”la matç çox vacib idi. Hətta demək olar ki, bu Çempionlar Liqasında oynamağa davam etmək baxımından həlledici idi. Biz yaxşı oynadıq, qollar vurduq. Bu, gələcəyə böyük inam yaradacaq”.
Qeyd edək ki, PSJ hazırda ÇL-in turnir cədvəlində 7 xalla 25-cidir. Paytaxt təmsilçisi Liqa 1-də isə 34 xalla liderdir.
Baxış sayı:110
Bu xəbər 12 Dekabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















