PSV sona beş tur qalmış ölkə çempionu oldu
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Niderland Erediviziyasında 2025/26 mövsümünün qalibi müəyyənləşib. Peter Boszun rəhbərlik etdiyi PSV futbol klubu turnirin bitməsinə beş tur qalmış çempionluğunu elan edib.
İdman.Biz xəbər verir ki, Eyndhoven təmsilçisinin ən yaxın izləyicisi “Feyenoord”un “Volendam”la heç-heçə etməsi (0:0) aradakı xal fərqini əlçatmaz edib. Hazırda 29 oyundan sonra 71 xalı olan PSV ikinci pillədəki rəqibini 17 xal qabaqlayır.
2023-cü ildə komandanın sükanı arxasına keçən 62 yaşlı mütəxəssis Peter Bosz PSV ilə ardıcıl üçüncü ölkə çempionluğunu qazanıb. O, bu müddət ərzində həmçinin iki dəfə Niderland Superkubokuna da sahib çıxıb.
Bu titul Eyndhoven klubunun tarixindəki 27-ci çempionluqdur. Mövsüm ərzində 29 matçda 23 qələbə qazanan komanda rəqib qapılarına 82 qol vurmaqla hücum potensialını bir daha nümayiş etdirib.
Baxış sayı:431
Bu xəbər 06 Aprel 2026 05:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















