PUA hücumları Rusiyada təlaş yaratdı Zavod, neft bazası vuruldu
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Ötən gecə Rusiyanın bir neçə regionunda PUA hücumları ölkə sənayesinə ciddi ziyan vurub.
Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisələr arasında ən təhlükəlisi Voro¬nej vilayətindəki kimya zavoduna yaxın ərazilərdə baş verib.
Qubernator Aleksandr Qusevin verdiyi məlumata görə, düşən PUA qalıqları bir fərdi evin damını yandırıb, sakinlər qorxu içində evlərini tərk etmək məcburiyyətində qalıblar. Bildirilir ki, hücumların hədəfi Rossoş şəhəri ərazisindəki “Minudobreniya” kimya zavodu olub. Zavodda istehsal olunan ammonium nitrat Rusiya müdafiə sənayesində istifadə edilən sənaye və hərbi təyinatlı partlayıcı maddələrin istehsalında əsas xammallardan biri hesab olunur. Zavod sonuncu dəfə ötən ilin dekabrında hücuma məruz qalmışdı. “Minudobreniya” “Roskhim” holdinqinin sahibi, milyarder Arkadiy Rotenberqlə məxsusdur.
Həmin saatlarda Penza vilayətində neft bazasına da PUA hücumu olub. Qubernator Oleq Melniçenko bildirib ki, hücum nəticəsində yerli neft anbarı sahəsində yanğın baş verib. “Rosrezerv”ə aid neft anbarında xam neft və neft məhsulları saxlanır. Həm mülki enerji təminatı, həm də hərbi və sənaye məqsədləri üçün istifadə olunan yanacaq ehtiyatlarının saxlandığı baza Rusiyanın əsas infrastrukturlarındandır. Yanğın zamanı baza çənləri zədələnib. Alovu söndürmək üçün 46 yanğınsöndürən və 14 texnika səfərbər olunub.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Ukraynanın PUA hücumu: Rusiyada yeganə zavod vuruldu
12 Avqust 2025 11:35
Rusiyada neft bazası PUA ilə vuruldu Video
08 Yanvar 2025 10:46
Rusiyada neft bazası PUA ilə vuruldu: Yanğın başladı
31 Dekabr 2024 11:55
Rusiyada strateji əhəmiyyətli zavod vuruldu
09 İyun 2025 08:44
Rusiyada daha bir zavod vuruldu “Lukoyl”un neft kimya müəssisəsinə PUA hücumu VİDEO
23 Dekabr 2025 10:33
Baxış sayı:82
Bu xəbər 23 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















