PUA hücumu Sərnişinlərlə dolu avtobus vuruldu
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Sevastopola pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində şəhərlərarası avtobusda olan beş sərnişin xəsarət alıb. İlkin məlumata görə, daha iki nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə regionun qubernatoru məlumat verib.
Qeyd edilib ki, yaralılardan ikisinin vəziyyəti orta ağır, üçünün vəziyyəti isə ağırdır. Hadisə yerində FHN xilasediciləri və həkimlər cəlb olunub, zərərçəkənlərə təcili tibbi yardım göstərilir.
Həmçinin Ukrayna ordusunun Krasnodar vilayətinin Yeysk rayonuna PUA hücumu nəticəsində daha üç nəfər, o cümlədən iki uşaq həlak olub. Daha bir yetkin şəxs xəstəxanaya yerləşdirilib. PUA-lar fərdi yaşayış evlərinin yerləşdiyi əraziyə düşüb. Qalıqlar həmçinin liman ərazisindəki müəssisənin üzərinə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Avqust 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















