Icma.az
close
up
RU
“Pul çox şeyi həll etsə də, hər şeyi həll etmir” sponsorsuz “Şamaxı” keçmişindən güc alır

“Pul çox şeyi həll etsə də, hər şeyi həll etmir” sponsorsuz “Şamaxı” keçmişindən güc alır

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Yeni mövsümə hazırlığı davam etdirən “Şamaxı” dünən “Qəbələ”yə qarşı keçirdiyi yoxlama matçında məğlub oldu – 1:2. Bununla belə, “şirlər” heyətin formalaşdırılması prosesində ən fəallardadı.

Bəs klubun mövsümlərarası fasilədəki fəaliyyətini necə dəyərləndirmək olar? Hadisələrin axarı yeni “futbol ili” üçün ümid vəd edirmi? Ən əsası, maliyyə durumu nə yerdədi?
Bu suallarla bölgə təmsilçisinin baş meneceri Kamran İsmayılova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Bəli, ilk oyunumuzu keçirdik. Birinci hissədə müqaviləmiz olan bütün futbolçulara şans verildi. İkinci yarıda isə baxışda olan 9 oyunçu meydana çıxdı. Bildiyimə görə, “Qəbələ” toplanışa bizdən 10 gün əvvəl start verib. Məğlubiyyətdə həm heyətdəki rotasiyanın, həm də bu məqamın rolu oldu. Komandanın oyunundan razı qaldıq. Ayxan müəllim də matçı faydalı saydı. Futbolçuların bəzi güclü və zəif cəhətlərini öyrəndi. Heyətlə bağlı plana gəlincə, daha bir legioner transfer etmək istəyirik. Sonra yerli futbolçularla güclənməyə çalışacağıq. Maliyyə problemlərindən də xəbərdarsız. Bizim üçün yenilik deyil. Öyrəşmişik. Üç ildi vəziyyət eynidi. Hətta növbəti mövsüm üçün AFFA-nın məlum qərarı üzündən büdcə 500 min manat az olacaq. Amma minimum güclə maksimum iş görməyə çalışacağıq. Təvazökarlıqdan uzaq olsa da deyim ki, son iki mövsümdə bunu bacarmışıq. 1-ci liqada çempion olduq, premyer-liqada qalmağı bacardıq. 1-ci liqanın da ən varlı klubu deyildik. Uğurlarımız onu göstərir ki, pul çox şeyi həll etsə də, hər şeyi həll etmir. Əks halda, futbol oynamağa ehtiyac qalmazdı, klublar turnir cədvəlində maliyyə durumuna görə sıralanardı. Hər halda, bu gün maliyyə durumunun yaxşılaşdırılmasıyla bağlı danışıqlar davam edir. Amma tezliklə bu problemin aradan qaldırılacağını demək çətindi”.

KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 İyul 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri