Icma.az
close
up
RU
Pul, gözlənilməz xəbər və... Bu bürclər üçün mühüm GÜNDÜR

Pul, gözlənilməz xəbər və... Bu bürclər üçün mühüm GÜNDÜR

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bugünkü göy üzü hadisələri hər bir bürc üçün fərqli mesajlar göndərir. Bəzi bürclər üçün yeniliklər və fürsətlər, digərləri üçün isə diqqət və səbr tələb edən situasiyalar gündəmdədir.


Sfera.az bu günün qoroskopunu təqdim edir:

Qoç və yüksələn Qoç:

Bu gün həyatınıza rəng qatacaq hadisələr baş verə bilər. Enerjiniz və özünə güvəniniz sizi yeni başlanğıclara yönəldə bilər. Eşq həyatınızda maraqlı inkişaflar gündəmdə olsa da, qərar verməzdən öncə yaxşı düşünməlisiniz.

Buğa və yüksələn Buğa:

Dəyər verdiyiniz insanlarla münasibətlərinizdə gərginliklər yaşana bilər. Ailə içində və ya ailə hesab etdiyiniz insanlarla anlaşılmazlıqlar sizi yoracaq. Qəbul edilmək uğrunda apardığınız daxili mübarizə nəticəsiz görünə bilər. Öz dəyərinizi unutmayın.

Əkizlər və yüksələn Əkizlər:

Yeni müqavilələr və razılaşmalar üçün əlverişli gündəsiniz. Zəkanız və inamınız sayəsində mühüm addımlar ata bilərsiniz. Arzularınıza bir addım daha yaxınlaşırsınız. Bu gün şans sizdən yanadır.

Xərçəng və yüksələn Xərçəng:

Maliyyə baxımından güclənmək və möhkəm təməllər atmaq üçün əlverişli gündür. Ancaq emosiyalarınıza qapılmadan, ayağınızı yerə möhkəm basaraq irəliləməlisiniz. Reallıqdan uzaq vədlərdən çəkinin. Səbirli olun, nəticəsini görəcəksiniz.

Şir və yüksələn Şir:

Bu gün özünüzə inamınız yüksəkdir, lakin bu, ətrafınızdakı insanlar tərəfindən səhv başa düşülə bilər. Danışmaqdan çox hərəkətlərinizlə fərqinizi göstərə bilərsiniz. Əvvəlcə özünüzə inanmalısınız ki, başqaları da sizə inansın.

Qız və yüksələn Qız:

Zehni və fiziki yorğunluq səhhətinizə təsir edə bilər. Bu gün dincəlmək, bədəninizə və ruhunuza istirahət vermək üçün uyğun zamandır. Hər şeyi düşünmək həll yolu deyil. Rahatlayın və düşüncələrinizi sakitləşdirin.

Tərəzi və yüksələn Tərəzi:

Yeni tanışlıqlar və qurduğunuz əlaqələr sizə uğur gətirə bilər. Gələcəyinizə dair verəcəyiniz qərarlar uzunmüddətli təsirə malik olacaq. Özünüzə olan inamı gücləndirərək qətiyyətli addımlar atmalısınız. Uğur sizinlədir.

Əqrəb və yüksələn Əqrəb:


Bu gün fikir ayrılıqları qaçılmaz ola bilər. Anlaşılmaq üçün göstərdiyiniz səylər yorucu görünə bilər. Hər şeyi nəzarət altında saxlamağa çalışmaq əvəzinə bəzi şeyləri buraxmağı öyrənin. Pul məsələlərində isə riskdən uzaq durun.

Oxatan və yüksələn Oxatan:


Bu gün daha realist olmağa ehtiyac var. Əgər yerində və emosional qərarlar versəniz, bu, sizi məyus edə bilər. Planlarınızı möhkəm zəmin üzərində qurun – gələcəkdə daha məhsuldar nəticələr əldə edəcəksiniz.

Oğlaq və yüksələn Oğlaq:


Maliyyə məsələlərində dəyişkənlik hiss edilə bilər. Düşüncələrinizi sakitləşdirərək sağlam qərarlar verməyə çalışın. Məsuliyyətlər sizi yorsa da, səbr etsəniz, çıxış yolları tapılacaq.

Dolça və yüksələn Dolça:


Ortaqlıqlar və yaxın münasibətlərdə gərginliklər ola bilər. Evlilik və əməkdaşlıq kimi məsələlərdə güzəştə getmə bacarığınız sınanacaq. Əgər inadkarlıqdan əl çəkib çevik davranmağı bacarsanız, münasibətlər daha sağlam inkişaf edəcək.

Balıqlar və yüksələn Balıqlar:


İş həyatınızda gizli qalan məsələlər narahatlıq yarada bilər. Problemləri görməzlikdən gəlmək yerinə onlara ehtiyatla yanaşın. Əgər doğru strategiyalarla hərəkət etsəniz, bu narahatlıqların öhdəsindən gələ bilərsiniz.

Fidan Hacızadə
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://sfera.az
archiveBu xəbər 31 May 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri