Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Pul haqqında ədəbi psixoloji düşüncələr Niyazi Mehdi

Pul haqqında ədəbi psixoloji düşüncələr Niyazi Mehdi

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az dünən vəfat edən ədəbiyyatşünas, fəlsəfə elmləri doktoru Niyazi Mehdinin "Pul haqqında ədəbi-psixoloji düşüncələr" yazısını təqdim edir.


Zövq və intellektual barbarlıq

Mənim yaşımda ciddi oxu və yazı problemi var. Yeni nəslə ləzzət verən hekayələr və romanların, şeirlərin çoxu məni tutmur. Ona görə yox ki, yeni nəsildən zövqlüyəm, hərçənd bəzən zövqlü ola bilirəm. Farsın "zövq" sözü bizim "dad" sözünün qarşılığdır, hərçənd bu da bir axmaqlıqdır, bəlkə də axmaqlıq deyil əcaiblikdir, yadın "zövq" sözünü yeməkdən uzaqlaşdırıb əsl estetik anlayışa çevirmişik, özümüzün "dad" kəlməsini isə bozbaşın, dolmanın orbitindən çıxarmamışıq. Sözümü davam edim: ona görə yox ki yeni nəsildən zövqlüyəm. Bəlkə ona görə ki, artıq, ağzımın dadını bilirəm. Uzun sürə türlü yeməkləri yeyən adamın ağzının dadını bilməsi nədir? Odur ki, ac adam kimi hər qabağına qoyulan yeməyə aldanmır. Çox roman, çox hekayə oxuyanlar da başlayırlar ağızlarının dadını bilməyə.

Ona görə də roman və fəlsəfə aclarının "görməmişliyi" onlarda olmur. Bu söylədiyim sanki üstün zövq məsələsini açıb-ağardır. Ancaq bir qorxusu var ki, pis zövqə apara bilər. Bu qorxunu mən bir vaxtlar intellektual barbarlıq adlandırmışdım. Çox oxuyan adama yeni və gözəl nəsnələr az təsir edə bilər, çünki ona elə gələ bilər ki, bunun oxşarını qabaqlar oxuyub. Yəni yeni nəsnələri qabaqkı əsərlərin klonu (klounu yox ha, klonu) saya bilər. Bax, bu hal məni indi ədəbiyyat fanatı olmağa, musiqi ilə bağlı meloman olmağa qoymur, yəni intellektual barbar kateqoriyasına salır. Ancaq hərdən elə ədəbi nəsnələrə, elə musiqi havalarına rast gəlirəm ki, məni silkələyir. Silkələyəndə görürəm ki, yox o qədər də korlanmamışam.
Beləcə, şeirdə məni Rafiq Tağının avanqard nəzm "beliberdası", nəsrdə Kamal Abdullanın "Yarımçıq əlyazma"sı, "Sehirbazlar dərəsi", Aydın Talıbzadənin "Əbühübb”, Seymur Baycanın "Qukark” romanları silkələyəndə gördüm ki, yaxşı əsərlərə həssaslığım qalıb.

Ancaq bu təsirli örnəklərə baxmayaraq, çağdaş Azərbaycan ədəbiyyatının bütünlükdə bir çatışmazlığını, eyibini bərkdən deməliyəm: bu ədəbiyyat yaxşı pul qazanmaq amacına köklənməyib. Bunun üçün ədəbiyyatda "zövq və qazanc", "hansı qazanc" konusunda dartşma yapılsaydı, yaxşı olardı. Elə pul qazanmaq hərisliyi də yazarlarımızı hər zövqdən pul çıxarmağa yönəldərdi. Onun üçün belə deycəm: çağdaş ədəbiyyatımız yaxşı, peşəkar erotik ədəbiyyatı, melodramı, detektivi ortaya qoysaydı, hər cür zövqdən pul qazanmış olardı.

Sözsüz, bu durum əndazaya çatanda böhran yaradır. Ona görə deyərdim: təki belə böhran yaranaydı və biz onunla bağlı narahatlığımızı car çəkəydik.

Ədəbiyyatda mövzu cürbəcürlüyü təkcə pul və zövq məsələsi deyil. O həm də üslub məsələsidir. Yazarlar bizim bədii dilimizi bütün həyat materiallarında işlətməlidirlər. Ancaq bizdə hələ də sevgili qız və oğlanlar adama ləzzət verən intonativ cizgilərdə danışa bilmirlər. Yəni hətta guya min ildir sevgi konusunda "ixtisaslaşmş" dilimiz romanlarda sevgililərin danışığı kimi biabırçı kasadlıqdadır. Sevgi məsələsində belə olan dilimiz, düşünün, ağıllı düşüncələr aydırmaq məsələsində nə halda olmalıdır.

Pul və ədəbiyyat

Dedim ki, pulsuzluq Azərbaycan ədbiyyatının ən ciddi "estetik" problemlərindən biridir. Əgər bizim yazarların oxucu sırasına Güneyin, Türkiyənin oxucuları qatılsaydı, yaxşı ədəbiyyat yaxşı pul gətirərdi (kitabın tirajına görə), o zaman pula hərislik görün nə qədər potensialı olan gənc yazarları yaxşı yazar edərdi.

Pul, həyasızlıq və utancaqlıq

"Deyirlər, "pul yaxşı ölçüyə gələn, yaxşı ölçən nəsnədir". Keyfiyyət "nəlik” və "necəlik”dirsə, kəmiyyət "neçəlik" və "nə qədərlik”dir. Azərbaycanda ən böyük kələk nəqədərliyi necəliklə, yəni sayı keyfiyyət aldanışları ilə gizlətməkdir. Tariximiz boyu nə qədər usta sifariş alanda müştəri keyfiyyət göstəricisi olan "yaxşı olacaq" deyib, işi bitirəndə isə ona qəpik-quruş verib. Sözsüz, Azərbaycanda "pulumu ver!" deyiminin həyasızlığı var. Ancaq Azərbaycanda, sözsüz, yaxşı adamların zəhmətlərinə görə pul istəməsinin utancaqlığı da var. Batıda honorarın, maaşın konvertdə verilməsi, məncə, daha çox pulun nə qədər olduğunu qıraqdan göz qoyanlardan gizlətməklə bağlıdır – qaydaları belədir. Bizdə isə xeyli nəcib adam var ki, əlini açıb halal pulunu almasını dilənçinin əl açması ilə anışdıraraq utanır, ona görə də bu konvert məsələsi dadına çatır.

Pul ölçü vahidi kimi

"Mən yaxşılıq edəcəm" cümləsinə baxanda "mən filan qədər adama filan qədər pul verəcəm" cümləsi daha aydındır. "Mən populyar siyasətçiyəm" deyiminə baxanda "Mənə filan qədər adam səs verib" deyimi daha aydındır (hərçənd seçki saxtakarlığı bu axırıncını heçə çevirir). "Mənim sənə yaxşı münasibətim var" cümləsi güc qazanır o zaman ki, bu yaxşı münasibətdən aldıqlarım ya bahalı nəsnələrdir, ya da dolayı olsa da yaxşı pullardır.

Pul və mənəviyyat

Mən indi pulun, kəmiyyətin önəmini açıram, ancaq sözsüz, elə mənəvi-dini hallar olur ki, insan pulun yerinə təbəssümə, sevgiyə üstünlük verir. Hərçənd bu dünyagörüşünə insanın gücü çatması çox çətindir. Örnəyin, insan Allaha sevgisinə görə başqalarına pislik edən pullu prokuror, polis rəisi vəzifəsindən imtina edə bilər. Ancaq çoxmu belə adam var?! Hətta aydın olur ki, şəhid kəmərini bağlayıb guya Allah yolunda ölümə gedənlərin arasında da elələri var ki, yoxsul ailəsinə pul çatacağına görə belə edir.

Həm İslamda, həm Xristianlıqda təriqətlər var ki, davamçılarını bir-birinə mənəvi bağlarla bağlamaq üçün pulla bağlayır. Bunu bizdəki missionerlikdə də görürük. Ancaq nə qədər deyinsələr də, heç də hər yerdə və hər kəsdə imanı puldan xilas etmək olmur: missionerləri pisləyən o qədər İslam dini xadimi var ki, getdiyi yasların pulunu çax-çuxa salır və yasa çağrılanda sevinir.

Pulun sayının keyfiyyətə keçməsi

Bizim dilimizdə "sayğı" sözü var, hörməti bildirir (Anadolu türklərində "sayın/sain" kimi). Bax, "sayğılı"da biz sayın keyfiyyətə keçdiyini görürük: səni saymaq səni seçməkdir, səni seçmək isə sənə hörmətdir. Necə ki yüksək maaş da adamı hörmətə mindirir.

İndi biz say ölçüsü olan puldan gerçəkliyimizə baxsaq, görərik ki, Azərbaycanda statistika bilgilərinin az, yalan və ya yarımçıqlığı keyfiyyətləri düşünmək imkanlarımızı aşağı salır. Əgər Bakı asfaltlarına xərclənən pulları təkrar asfalt çəkilmələrin sayı ilə tutuşdursaq, işin keyfiyyətini bilərik. Korrupsiyanın pul sayını bilsək, saxtalığın, iqtisadi əsası olmayan iqtisadi əməliyyatların sayını bilərik.

Ona görə də söyləyirəm: pul ən ciddi ölçü aracıdır və pul keyfiyyəti bilmək üçün ən yaxşı vasitədir.

Pul mexanizm kimi

Bu anlamda deyərdim ki, pul dünyada ən güclü mexanizmlərdəndir. "Mexanizm" latınca bir təkanı başqa proseslərə çevirən alətə deyilir. Puldan qurulmuş mexanizm də idealları, istəkləri lazım bildiyin proseslərə çevirir.

Biz mədəniyyəti yaman çox mənəviyyatla bağlayırıq, ancaq Hollivud timsalı göstərir ki, mədəniyyətdə, kinoda çoxlu pullar fırlananda mədəniyyət də yüksəlir. Mədəniyyətdə, konkret, ədəbiyyatda elitar olanlar pul gətirmir. Ancaq mədəniyyətdə çoxlu pullar fırlananda elitar üçün də pul tapılır. Necə ki "axmaq" bestsellerdən yaxşı pul qazanan nəşriyyat pul gətirməyən yüksək romanı da çap edə bilir – ən azı özünü hörmətli etmək üçün.

Bizim müəllimlərin ən sevdiyi şikayət tələbələrin oxumamasıdır. Ancaq mən deyərdim: əgər bizim öyrətdiyimiz biliklər tələbələrə pul gətirsə, oxuyarlar. Bunun üçünsə Azərbaycanda iki nəsnə olmalıdır: birincisi, biliklərə görə pul qazandıran iqtisadiyyat. İkincisi isə belə iqtisadiyyat olandan sonra müəllimə, məktəbə sual verilməlidir: niyə sənin verdiyin bilik pul gətirmir?

Toplumda mənəvi nüfuz, düzlük, yaltaqsızlıq insana pul gətirən və ya pula gətirən sayğı qazandırırsa, toplumda şərəfli kəslərin sayı artır. Toplumda bütün bunlar olmursa, alçaqlıq dəbdə olmasa da murdar sayılmır.

Azərbaycanı pul düzəldəcəkmi?

Bütün bu söylədiklərimdən sonra məni çoxdan düşündürən bir nəsnəni deyim. Azərbaycanı nə siyasi partiyalar, nə siyasi ideyalar düzəldəcək. Azərbaycanı düzgün-doğru pul mexanizmi düzəldəcək. Eyni sözləri ədəbiyyat və incəsənətlə bağlı da deyərdim.

Ancaq "bizdə pul psixolojisi necə olmalıdır, pullar çax-çuxunda nələr baş verməlidir ki, elə olsun" sorusuna yaxşı iqtisadçılar cavab tapmalıdırlar.

"Sevgililər günü" üçün ən romantik 5 Film Zerrin Özerin həyatı haqqında film çəkilə bilər Elza Seyidcahan Müşfiqin ev muzeyinə iki dəyərli musiqi aləti hədiyyə etdi - Video
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see396

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see317

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see296

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see295

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see292

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see287

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see269

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see265

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see257

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see251

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see250

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see239

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see233

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see207

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see205

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see184

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri