Icma.az
close
up
RU
Pul hara axır? Sektorlar üzrə rəsmi göstəricilər

Pul hara axır? Sektorlar üzrə rəsmi göstəricilər

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi əvvəlki illə müqayisədə 1% və ya 0,21 milyard manat azalaraq 21,23 milyard manat təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Təhlil.az məlumat yayıb.

2024-cü ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2023-cü illə müqayisədə 5,6% və ya 1,14 milyard manat artıb. Belə ki, 2023-cü ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 20,3 milyard manat səviyyəsində qeydə alınıb. 2021-ci ildə əsas kapitala 16,13 milyard manat investisiya yönəldildiyi halda, 2022-ci ildə bu göstərici 2,14 milyard manat və ya 13,3% artaraq 18,27 milyard manata çatıb.

Ümumilikdə son beş ilin göstəricilərinə nəzər saldıqda, 2025-ci il istisna olmaqla, əsas kapitala yönəldilmiş investisiyaların həcminin əvvəlki illərlə müqayisədə hər il artdığı müşahidə olunur.

Qeyd olunan rəqəmlər son illər ərzində ölkədə investisiya fəallığının ümumilikdə artım tendensiyası nümayiş etdirdiyini, 2025-ci ildə isə əsas kapitala investisiyaların həcmində nisbi azalma müşahidə olunduğunu göstərir.

Əsas kapitala yönəldilmiş investisiyaların sektorlar üzrə bölgüsünə nəzər saldıqda məlum olur ki, 2025-ci ildə 15,89 milyard manat vəsait qeyri-neft-qaz sektorunun, 5,34 milyard manat isə neft-qaz sektorunun payına düşüb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü illə müqayisədə qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 1,2% və ya 0,19 milyard manat artıb. Neft-qaz sektorunda isə əksinə 0,4 milyard manat və ya 7% azalma qeydə alınıb.

Ümumilikdə son beş ilin nəticələri göstərir ki, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi davamlı artım tendensiyası nümayiş etdirir. Neft-qaz sektoruna yönəldilmiş investisiyalarda isə 2023-cü il istisna olmaqla, azalma müşahidə olunur.

Bu göstəricilər ölkə iqtisadiyyatında qeyri-neft-qaz sektorunun prioritet istiqamət kimi mövqeyinin gücləndiyini, investisiya siyasətində isə şaxələndirmə strategiyasının ön plana çıxdığını əks etdirir.

Son beş il üzrə əsas kapitala yönəldilmiş investisiyaların mənbələr üzrə strukturuna baxdıqda, 2025-ci il istisna olmaqla, daxili mənbələr hesabına yönəldilmiş investisiyaların həcminin hər il artdığı müşahidə olunur. Xarici mənbələrdən yönəldilmiş investisiyalar isə illər üzrə dəyişkən dinamika nümayiş etdirib.

2025-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların 17,02 milyard manatı daxili mənbələr, 4,2 milyard manatı isə xarici mənbələr hesabına təmin edilib. 2024-cü illə müqayisədə daxili mənbələrdən yönəldilmiş investisiyaların həcmi 6,2% və ya 1,13 milyard manat azalıb. Bununla yanaşı, xarici mənbələrdən yönəldilmiş investisiyalarda 27,8% və ya 0,91 milyard manat artım qeydə alınıb.

Qeyd olunan göstəricilər investisiya mənbələrinin strukturunda daxili maliyyə imkanlarının hələ də əsas paya malik olduğunu, eyni zamanda xarici investisiyaların 2025-ci ildə artım dinamikası nümayiş etdirdiyini göstərir.

Daxili və xarici mənbələr hesabına əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmdə xüsusi çəkisinə nəzər saldıqda, 2025-ci il istisna olmaqla daxili mənbələr üzrə investisiyaların ümumi yekunda payının ardıcıl şəkildə artdığı müşahidə olunur. Belə ki, 2021-ci ildə daxili mənbələrdən yönəldilmiş investisiyaların xüsusi çəkisi 73,1% təşkil etdiyi halda, 2024-cü ildə bu göstərici 84,7%-ə çatıb. 2025-ci ildə isə daxili mənbələrdən yönəldilmiş investisiyalar ümumi həcmdə 80,2% paya malik olub.

Eyni zamanda, xarici mənbələr hesabına əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmdə xüsusi çəkisi azalma tendensiyası nümayiş etdirib. 2021-ci ildə xarici mənbələrin payı ümumi investisiya həcminin 26,9%-ni təşkil edirdisə, 2025-ci ildə bu göstərici 19,8%-ə enib.

Qeyd: Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyalar dedikdə, xarici sərmayədarlar tərəfindən yeni tikinti, yenidənqurma və genişləndirmə üzrə tikinti işlərinə, maşın və avadanlıqların əldə edilməsinə sərf edilən vəsaitlər, habelə tikinti işlərində istifadə edilmiş xarici kreditlər, qrantlar və humanitar yardımlar hesabına yönəldilmiş maliyyə vəsaitləri nəzərdə tutulur.

Ümumilikdə, 2025-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların 25,2%-i və ya 5,34 milyard manatı neft-qaz sektorunun, 74,8%-i və ya 15,89 milyard manatı isə qeyri-neft-qaz sektorunun payına düşüb.

Daxili mənbələr hesabına əsas kapitala yönəldilmiş investisiyaların strukturuna baxdıqda, bu vəsaitlərin 87,4%-i və ya 14,88 milyard manatı qeyri-neft-qaz sektoruna, 12,6%-i və ya 2,15 milyard manatı isə neft-qaz sektoruna yönəldilib.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların bölgüsündə isə fərqli mənzərə müşahidə olunur. Belə ki, xarici mənbələr hesabına yönəldilmiş investisiyaların 76%-i və ya 3,19 milyard manatı neft-qaz sektoruna, 24%-i və ya 1,01 milyard manatı isə qeyri-neft-qaz sektoruna ayrılıb.

Qeyd olunan göstəricilər daxili investisiyaların əsasən qeyri-neft-qaz sektorunun inkişafına yönəldiyini, xarici investisiyaların isə daha çox neft-qaz sektorunda cəmləşdiyini aydın şəkildə ortaya qoyur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Fevral 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri