Icma.az
close
up
RU
Pul insanı necə dəyişdirir?

Pul insanı necə dəyişdirir?

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Varlı insanların daha xəsis və daha az etibarlı olduğunu göstərən araşdırmalar həqiqətə nə qədər uyğundur?

Milli.Az xəbər verir ki, BBC mövzu ilə bağlı araşdırma dərc edib.

Bu, mütləq hər kəsin başına gəlibdir. Hər birimiz dostlarımızla bir yerə yemək yeməyə və ya bir şey içməyə gedirik. Növbə hesabı ödəməyə gələn zaman qrupda maddi vəziyyəti ən yaxşı olan insan əlini pulqabına hamıdan sonda uzadır.

Hər zaman belə xəsis olduqları üçünmü belə zəngin olublar, yoxsa zəngin olmaq onları belə xəsis edib deyə maraqlanarasınız.

Bu, qarışıq bir məsələdir. 1993-cü ildə aparılan bir araşdırmada iqtisadiyyat fakültəsində oxuyan tələbələrin digər tələbələrlə müqayisədə xeyriyyə təşkilatlarına daha az kömək etdikləri, həmrəylik tələb edən oyunlarda çox da həmrəylik göstərmədikləri müşahidə edilib.

Tələbələr tədrisin əvvəlində və sonunda qiymətləndirlidiyində digər fakültələrdəki tələbələrin məzuniyyətə doğru daha səxavətli olduqları, iqtisadi fakültədə oxuyanların isə tədrisin əvvəlində və sonunda da eyni, əldən bərk hallarını qoruyub saxladıqları müəyyən edilib.

Əlbəttə ki, bu ümumi müqayisədir. Kömək etməyi xoşlayan iqtisadçı tələbələr də var.

Gəlir mənbəyi yüksək olanların həddən artıq fədakar davranışlar edə biləcəyini göstərən araşdırmalardan biri də ABŞ-da həyata keçirilib.

Fərqli ştatlarda, tanımadıqları insanlara böyrəklərini bağışlayan adamlar nəzərdən keçirilib. Rifah səviyyəsi yüksək olan bölgələrdə daha çox böyrək bağışlandığı müşahidə edilib.

Səhvi qəbul etməmək

California Universitetində aparılan başqa bir araşdırmada isə "Titanik-də olsaydım, xilasetmə gəmilərinə minmək haqqı olan ilk insanlardan biri mən olmalıydım" ifadəsinə zənginlərin daha çox səs verdikləri məlum olub.

Bundan başqa zənginlərdə səhvini qəbul etməmək və hər işdə yaxşı olduqlarını düşünmək meylinin daha güclü olduğu müəyyən edilib.

Başqa bir araşdırmada isə fərqli gəlir səviyyəsi olanlardan ibarət qrup üzvlərinə 10 dollar verilib və bunun nə qədərinin xeyriyyə təşkilatlarına bağışlanacağı nəzərdən keçirilib.

Gəlir səviyyəsi daha az olanların daha çox yardım etdikləri müşahidə edilib. Lakin bu insanlar bu sınağa qatılmadan əvvəl zəngin olublar. Bəlkə də onları belə davranmağa vadar edən zəngin olmaqları deyil, onlar bəlkə də bu davranışları sayəsində zəngin olublar.

Dünya mənim ətrafımda fırlanır düşüncəsi

Bəs həqiqətdə deyil, Monopoly oyununda, sonradan oyunun tələbi olaraq zəngin olanların davranışı dəyişirmi? Bu vəziyyətdə çoxunun daha səs-küylü olmağa və masadakı lovğadan daha çox pay almağa başladığı müşahidə edilib.

Buna necə nail olduqları soruşulduqda isə nə qədər səy göstərdikləri və ağıllı qərar verdiklərindən söhbət ediblər. Bəlkə də müvəqqəti belə olsa pul sahibi olmaq insanı dünyanın onun ətrafında fırlandığını sanmağa vadar edir.

San-Francisco-da aparılan başqa bir sınaqda isə zebra keçidində piyadaların keçməsi üçün bahalı avtomobil sahiblərinin, yoxsa kasıb avtomobillərin daha çox dayandığı müşahidə edilib.

Kasıb avtomobillərin hamısının dayandığı, bahalı avtomobillərin isə sadəcə yarısının dayandığı məlum olub.

Niderlandda 9 min nəfərin iştırak etdiyi və ildə 4 dəfə aparılan başqa bir araşdırmada isə sosial iqtisadi vəziyyəti yüksək olan insanların daha müstəqil davrandığı və digərləri ilə daha az ünsiyyət qurduqları müəyyən edilib.

Maliyyə etibarına əsaslanan oyunlarda isə zəngin oyunçuların rəqiblərinə xəyanəti kasıblardan daha çox deyildir.

Xeyriyyə təşkilatlarına ianə

Bəs xeyriyyə təşkilatlarına edilən ianələr mövzusunda vəziyyət necə idi? Klassik araşdırma onu göstərir ki, ən kasıblar və ən varlılar orta təbəqəyə nisbətən daha çox ianə verirlər.

ABŞ-da xeyriyyə təşkilatlarına edilən orta ianə nisbəti gəlirin 2,3 faizi səviyyəsində müşahidə edilir. Gəliri 300 min ABŞ dollarını ötən 2 faizlik kəsimdə isə bu nisbət 4,4 faiz təşkil edir.

Boston-da aparılan bu araşdırma zənginlərin orta təbəqənin inasanlarından nə daha çox, nə də daha az səxavətli və xeyriyyəçı olduğunu göstərir. Sadəcə yuxarıdakı zənginlər çox güman ki imkanları çatdığı üçün daha çox ianə verə bilirlər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Oktyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri