Icma.az
close
up
RU
Pul kisəsinin içinə bir parça qoyun: Pulu maqnit kimi özünə çəksin

Pul kisəsinin içinə bir parça qoyun: Pulu maqnit kimi özünə çəksin

Icma.az, Lent az saytına istinadən bildirir.

Bolluq və bərəkət bir çox mədəniyyətdə həm maddi, həm də mənəvi baxımdan əhəmiyyətli anlayışlardır.

Lent.az xarici mediaya istinadla bildirir ki, həyatınızda bolluq və bərəkəti artırmaq üçün bir çox ənənəvi və təbii üsul mövcuddur.

Bəs pul kisəsində bərəkət necə artırıla bilər? 

Yaşıl rəngə yer verin

Yaşıl rəng təbiətdə böyüməni və bərəkəti simvolizə edir. Pul kisənizə kiçik bir yaşıl əşya və ya kağız qoymaq bu enerjini sizə çəkə biləcək bir üsul sayılır. Məsələn, kiçik bir yaşıl kağız parçası və ya bir parça yaşıl parça əlavə edə bilərsiniz.

Kiçik qızıl və ya gümüş pul qoyun 

Qızıl və gümüş qədim dövrlərdən bəri zənginlik və güc rəmzləri kimi qəbul olunur. Pul kisənizə kiçik bir qızıl və ya gümüş sikkə qoymaq pul axınını artıracağına inanılır. Bu metalların enerjisi bərəkəti cəlb etməyə kömək edə bilər.

Darçın qoyun

Darçın enerjini yüksəldən və bərəkəti artıran bir ədviyyat kimi tanınır. Pul kisənizə bir qədər darçın qoyaraq (toz şəklindədirsə, saxlama paketində saxlanılması tövsiyə olunur) pul çəkim gücünü artıra biləcəyinizə inanılır. Bu metod ayın müəyyən dövrlərində (xüsusilə yeni ayda) edilərsə daha təsirli olduğu deyilir.

Xurma çəyirdəyi qoyun

Pul kisəsinin içində xurma çəyirdəyi yığmaq da bolluq və bərəkətə çağırış etdiyinə inanılan bir üsuldur. Xurma İslam baxımından çox qiymətli bir qida sayılır, bu səbəbdən çəyirdəklərinin pul kisəsində saxlanılması bərəkət gətirəcəyinə inanılır.

2-3 dənə düyü qoyun

Düyü də xurma çəyirdəyi kimi pul kisəsinə qoyulduqda bərəkət gətirdiyinə inanılan bir qidadır. Türk adətində bolluq və bərəkəti simvolizə etmək üçün toy mərasimlərində gəlin və bəyin üzərinə düyü səpilməsi adətdir. Bu möcüzəvi qida pul kisəsində saxlanıldıqda enerji kanallarını açaraq bolluğu və bərəkəti cəlb edə bilər.

Bərəkət rəmzlərini daşıyan kartlar pul kisənizə pozitiv enerjiləri cəlb etməyin başqa bir yoludur. Məsələn, Çin mədəniyyətindən ilham alınan “Fu” simvolu, Yapon “maneki neko” pişiyi simvolu və ya gözmuncuğu kimi qoruyucu və bərəkət simvolları olan bir kart istifadə edə bilərsiniz.

Kağıza niyyətinizi yazın 

Pul kisənizə bir kağız parçasında arzularınızı və niyyətlərinizi yazaraq qoymaq enerjinizi həmin istiqamətə yönləndirməyə kömək edir. Bərəkət, rifah və ya maliyyə azadlığı kimi məqsədlər yazıla bilər. Bu kağız sizə arzularınıza fokuslanmağınızda və şüuraltınızın həmin istiqamətdə işləməsinə yardımçı olar.

Köhnə pulları çıxarın

Bolluğu cəlb etmək üçün pul kisəsinin təmiz saxlanması tövsiyə olunur. Köhnə, cırılmış və ya artıq çox sayda qəpik yığılmış pul kisələrinin enerjini blokladığına inanılır. Bu səbəbdən yalnız aktiv istifadə etdiyiniz pulları və kartları pul kisəsində saxlamaq enerjini daha yaxşı çəkməyinizə kömək edə bilər.

Pul kisənizi təmiz və səliqəli saxlayın

Səliqəli və təmiz bir pul kisəsi bolluq və bərəkəti cəlb etmək üçün vacib sayılır. Pul və kartlarınızı səliqə ilə yerləşdirib mütəmadi olaraq təmizləyirsinizsə, bu yalnız fiziki deyil, həm də enerjisel baxımdan sahə açacaq.

Bu üsulları sınamaq – xüsusi niyyətlə ediləndə müsbət təsirlər doğura bilər. Pul kisənizə əlavə etdiyiniz hər bir rəmz və ya əşya, sizi bərəkət və bolluğa fokuslayan kiçik, lakin təsirli bir xatırlatma ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Aprel 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri