Pul köçürməyə kömək bəhanəsi ilə hesab məlumatlarını ələ keçirdi
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda iş yoldaşının bank hesabından pul mənimsəməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
"AzPolitika" xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 26 yaşlı Ə.Nərimanov saxlanılıb.
İlkin araşdırmalara görə, şübhəli bir neçə dəfə iş yoldaşına mobil bank tətbiqi vasitəsilə pul köçürməyə kömək edib. Bu zaman o, zərərçəkənin hesab məlumatlarını tətbiqdə yadda saxlayıb.
Daha sonra həmin məlumatlardan istifadə edərək müxtəlif vaxtlarda zərərçəkənin hesabından hissə-hissə ümumilikdə 6 min manata yaxın vəsaiti öz hesabına köçürərək ələ keçirib.
Faktla bağlı cinayət işi üzrə araşdırma davam etdirilir.(milli.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 24 İyul 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















