Icma.az
close
up
RU
Pul və şans qapısı açılır Mayın son həftəsinin şanslıları

Pul və şans qapısı açılır Mayın son həftəsinin şanslıları

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Mayın 25-dən 31-nə keçən həftə bürclər üçün gözlənilən müsbət enerjini gətirir. Həftənin sonunda Oxatan bürcündə nadir Mavi Ay bədirlənməsi baş verəcək. Həftənin əvvəlində Tərəzi bürcündəki Ay sakitlik bəxş edəcək. Mayın 27-də Əqrəb bürcünə keçən Ay emosiyaları coşduracaq. Mayın 31-də Oxatan bürcündəki bədirlənmə isə ayı nikbinlik və ümid dolu enerji ilə bağlayacaq.
Demokrat.az "Yourtango"ya istinadla həftəlik bürc proqnozunu təqdim edir:
Qoç (21 mart - 19 aprel)
Mars bürcünüzü tərk etdiyi üçün münasibətlərdə gərginlik azalır. Bazar ertəsi yaranan anlaşılmazlıqları asanlıqla həll edə bilərsiniz. Barışıq üçün gözəl imkandır. Cümə axşamı daxili emosiyalarınızla üzləşməli olacaqsınız, onlardan qaçmayın. Mayın 31-də Oxatan bürcündəki Mavi Ay gələcək planlarınız üçün daxili gücünüzü üzə çıxaracaq. Uğur üçün səbirli olmaq vacibdir.
Buğa (20 aprel - 20 may)
Bu həftə sadəliyə üstünlük verin. Mars bürcünüzdə hərəkət etdiyi üçün özünüzü kəşf etmək yolundasınız. Peşəkar və akademik sahədə uğur qazanmaq üçün əlaqələrinizi qorumaq və irəli baxmaq vacibdir. Cümə axşamı xarizmanız artacaq, fikirlərinizi daha rahat çatdıracaqsınız. Mayın 31-də Oxatan bürcündəki bədirlənmə zamanı sevdiklərinizlə vaxt keçirib enerji toplayın.
Əkizlər (21 may - 20 iyun)
Həftənin əvvəlində daxili dünyanıza vaxt ayırın, istedadlarınızı qiymətləndirin. Günəş bürcünüzdə olduğu üçün özünüzə inamı artırmağın tam vaxtıdır. Cümə axşamından etibarən
layihələrinizi təhlil etmək və işlərinizdə düzəlişlər etmək üçün uğurlu dövr başlayır. Həftə sonu Oxatan bürcündəki Mavi Ay münasibətlərdə dürüstlük və şəfqəti ön plana çıxaracaq.
Xərçəng (21 iyun - 22 iyul)
Həftənin əvvəlində yaradıcılıq potensialınız artacaq. Bu enerjini ev mühitində reallaşdırmaq, dəyişikliklər etmək sizə rahatlıq gətirəcək. Venera bürcünüzdə olduğundan bədii tərəfiniz asanlıqla parlayacaq. Oxatan bürcündəki bədirlənmə son bir ildə əldə etdiyiniz uğurları sizə göstərəcək. Bazar günü keçdiyiniz inkişaf yolunu dəyərləndirmək üçün əla gündür.
Şir (23 iyul - 22 avqust)
Həftənin əvvəlində dostlar və yaxın ətrafınızla ünsiyyət güclənəcək. Liderlik bacarıqlarınız, xüsusən qrup işlərində ön plana çıxacaq. Cümə axşamından etibarən karyera və ya təhsil məqsədləriniz aktuallaşır. Komanda işinə önəm versəniz, əlaqələriniz müsbət istiqamətdə dəyişəcək. Mayın 31-də Oxatan bürcündəki bədirlənmə daxili gücünüzü hiss etdirəcək.
Qız (23 avqust - 22 sentyabr)
Həftənin əvvəlində maliyyə vəziyyətinizi yaxşılaşdırmaq barədə düşünəcəksiniz. Gələcək üçün möhkəm planınızın olub-olmamasını sorğulayacaqsınız. Həftənin sonuna doğru həyat fəlsəfənizi təhlil etmək üçün yaxşı vaxtdır, kiməsə məsləhətçi ola bilərsiniz. Mayın 31-də Oxatan bürcündəki bədirlənmə peşəkar sahədə çəkdiyiniz zəhmətin bəhrəsini və gözlənilən tanınmanı gətirəcək.
Tərəzi (23 sentyabr - 22 oktyabr)
Bu həftə sevgi mövzu diqqət mərkəzində olacaq. Həftənin əvvəlində bürcünüzdəki Ay sizə cazibədarlıq bəxş edəcək. Partnyorunuzla maraqlı nəsə edin, subaysınızsa, dostlarınızla vaxt keçirin. Həftə irəlilədikcə özünüzə güvənməyi öyrənəcəksiniz. Mayın 31-də Oxatan bürcündəki Mavi Ay karyeranızda genişlənmə dövrü başladacaq, arzularınızı reallığa çevirmək istəyəcəksiniz.
Əqrəb (23 oktyabr - 21 noyabr)
Gələcək planlarınız və daxili dəyərləriniz sınağa çəkilir. Həftənin əvvəlində diqqətinizi davam edən layihəyə yönəldin, yeni ideyalar yaranacaq. Cümə axşamı Ay bürcünüzə keçəndə diqqət mərkəzində olmaqdan zövq alacaqsınız, lakin tələsik qərarlar verməyin. Bazar günü Oxatan bürcündəki bədirlənmə gələcək üçün hansı bilik və bacarıqları təkmilləşdirməli olduğunuzu sizə göstərəcək.
Oxatan (22 noyabr - 21 dekabr)
Həftənin əvvəlində sevgi və gözəllik mövzularına köklənəcəksiniz. Münasibəti olanlar üçün partnyoru ön plana çıxacaq və balans yaratmaq tələb olunacaq. Cümə axşamı bir az zəifləmək, enerjinizi qorumaq və dincəlmək üçün yaxşı vaxtdır. Bazar günü bürcünüzdə baş verəcək Mavi Ay özünüzlə qürur duymağınız üçün əla səbəblər üzə çıxaracaq. Şübhələri kənara atın və parlayın.
Oğlaq (22 dekabr - 19 yanvar)
Marsın yeni mövqeyi hadisələri daha aydın görməyinizə kömək edir. Bu, işlərinizdə nizam-intizam yaradacaq və sevgi həyatınıza müsbət təsir edəcək. Həftənin əvvəlində münasibətlərdə nə istədiyinizi daha yaxşı anlayacaqsınız. Cümə axşamından etibarən hörmət etdiyiniz insanlarla bir araya gəlin və ideya mübadiləsi edin. Bazar günü Oxatan bürcündəki bədirlənmə münasibətlərdə yeni başlanğıc vəd edir.
Dolça (20 yanvar - 18 fevral)
Yeni biliklər əldə etmək üçün həftə olduqca motivasiyalı başlayır. Əvvəllər təxirə saldığınız layihələri yenidən canlandırmaq üçün fürsət yaranacaq. Cümə axşamından etibarən dərslərinizə və ya şəxsi işlərinizə vaxt ayırmaq gündəlik rejimi qaydaya salmağı asanlaşdıracaq. Mayın 31-də Oxatan bürcündə baş verəcək Mavi Ay zamanı yeni liderlik rolları üzərinizə götürməyə hazırlaşın, özünüzə güvənin və önə çıxın.
Balıqlar (19 fevral - 20 mart)
Gələcəkdə nə axtardığınızı anlamaq və möhkəm təməllər qurmaq üçün uğurlu həftədir. Ailəniz sizə böyük motivasiya verəcək. Cümə axşamından etibarən səyahətlər, yaradıcılıq işləri və ya evdə kitab oxumaq sizə daxili rahatlıq gətirəcək. Oxatan bürcündəki bədirlənmə daxili kəşf dövrü olacaq, ideyalarınız rahatlıqla axır. İş və ya təhsil sahəsində ciddi uğur əldə etmək üçün ətrafınızdakıların dəstəyini gözləyin.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri