Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Pul yatanda azalır, işləyəndə isə çoxalır

Pul yatanda azalır, işləyəndə isə çoxalır

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın investisiya bazarı ilə bağlı müzakirələr intensivləşib. Bəzi iqtisadçılar yaxın dövrdə əmlak bazarında qiymətlərin enəcəyini, eyni zamanda son aylarda sürətlə bahalaşan qızılın da ucuzlaşacağını proqnozlaşdırırlar. Bu iddialar ictimaiyyətdə investisiya qərarlarına dair suallar yaradıb. Bəs həqiqətən gələn il əmlak və qızıl bazarında ucuzlaşma gözlənilirmi? Ümumiyyətlə, əhali arasında hansı investisiya alətləri daha populyardır və yatırım edərkən hansı məqamlara diqqət yetirmək lazımdır?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyir ki, hazırkı iqtisadi şəraitdə, əhali əmlak və qızıla üstünlük verdiyi üçün onların ucuzlaşma ehtimalı azdır: "Hər hansı bir əmlak növünün ucuzlaşması və ya bahalaşması barədə proqnoz verərkən onun qiymətinə təsir edən amillər nəzərə alınmalıdır. Əmlak və qızıl iqtisadi proseslərdən asılı olaraq qiymət artımı və ya ucuzlaşma meyllərinə məruz qalır. Yaxın dövrdə qızılın ucuzlaşması real görünmür. Əksinə, proqnozlara görə, qızılın bahalaşma ehtimalı daha çoxdur”.

Həmsöhbətimiz bildirir ki, əmlak hazırda ölkəmizdə özünü doğruldan yeganə investisiya kimi tanınır: "Ölkədə biznes investisiyaları və fond birjalarına yatırımlar hələ də geniş yayılmayıb. Bundan əlavə, əvvəlki nəsil üçün uğursuz bank depozitləri ilə bağlı təcrübələr hələ də yaddaşdadır. Bu amillər əmlakın hazırda özünü doğruldan yeganə investisiya vasitəsi olmasını möhkəmləndirir. Təbii ki, hər hansı fors-major hadisələr risk yarada bilər, amma risk hər yerdə mövcuddur. Bu baxımdan, əmlak digər investisiya alətlərinə nisbətən daha stabil hesab olunur. Əmlakla qızıl arasında əsas fərq ondadır ki, qızıl əsasən sabit qiymət artımına malikdir, əmlak isə həm qiymət artımı, həm də icarədən gəlir əldə etmək imkanı ilə investisiyanı daha cəlbedici edir. Dünyada depozitlər populyardır, lakin Azərbaycanda geniş yayılmayıb. Əhali öz kapitalının gözünün önündə olmasını istəyir. Qızıl və əmlakı hər gün görür, saxlayır və qiymət artımını müşahidə edir. Depozit isə yanında deyil, görmək mümkün deyil, riskləri var və verilən faizlər inflyasiya səviyyəsini əksər hallarda qarşılaya bilmir”.

V.Oruc deyir ki, proqnozlara görə, növbəti il iqtisadi baxımdan çətin olacaq: "Lakin iqtisadi fəaliyyətin aktiv olması ilə mövcud problemlərin təsirini azaltmaq və qarşısını almaq mümkündür. 2026-cı ildə ehtimal olunan risklər arasında devalvasiya və iqtisadi fəallığın azalması yer alır ki, bu da investisiya üçün əlverişli deyil. Bundan əlavə, vergilərin artırılması, maliyyə sərtləşməsi də potensial risklər sırasındadır. Buna baxmayaraq, vətəndaşlar böyük ehtimalla yenə də daşınmaz əmlaka və qızıla üstünlük verəcəklər”.

İqtisadçı ekspert Fərhad Pərvizi bildirir ki, 2026-cı il iqtisadi baxımdan çətin olacaq: "İlk dəfədir ki, dövlət büdcəsində xərclər artmır, sabit qalır. Azərbaycan iqtisadiyyatı prosiklikdir: dövlət xərcləri artmayanda iqtisadiyyat da artmır. Bundan əlavə, Donald Trampın OPEC və Səudiyyə Ərəbistanı ilə danışıqları neftin ucuzlaşmasına səbəb ola bilər. 2027-ci ildə də ümumilikdə dünya maliyyə böhranı proqnozlaşdırılır. Bu səbəblərdən növbəti üç ildə böyük investisiyalar etməyi düzgün hesab etmirəm”.

Fərhad Pərvizi 2014-cü ildə daha kiçik mənzilini sataraq böyük mənzil alıb. Bunun üçün 300 min manat xərcləyib. Deyir ki, o zaman bu məbləğ 390 min dollar edirdi. 2025-ci ildə həmin evin qiyməti 700 min manata çatıb. Amma dollara çevirdikdə 700 min manat yalnız 410 min dollar edir. O deyir ki, 11 il ərzində dollarla gəlir cəmi 21 min dollar olub. Əgər həmin 390 min dolları qızıla yatırsaydı, bu gün 1,2 milyon dollar, ABŞ-dəki 500 ən böyük şirkətin səhmlərinə yatırsaydı isə təxminən 1,7 milyon dollar əldə edə bilərdi.

Mütəxəssis bildirir ki, əgər evə ehtiyacın varsa, ev almaq zəruridir, amma invеstisiya məqsədilə daha ağıllı seçimlər etmək lazımdır: "Səhm bazarı, qızıl və iqtisadiyyatı inkişaf etdirən layihələrə yatırım etmək gəlirli ola bilər, lakin yalnız daşınmaz əmlaka və dəmir-betona investisiya qoymaq optimal deyil. Ev tikilib bitir, amma zavod və fabrikə yatırım iqtisadiyyata yeni dəyərlər gətirir və daha yüksək gəlir potensialına malikdir”.

Biznes koç Tural Əliyev isə sosial şəbəkədə dərc etdiyi paylaşımında investisiya yanaşmasını belə izah edir: "Təsəvvür edin, il 2000-dir və cibinizdə 10 min dollar pul var. Bəs bu vəsaiti hara yönəltmək daha sərfəli olardı - qızıla, torpağa, yoxsa sadəcə dollar kimi saxlamağa? 25 il əvvəlki vəziyyətlə bu günü müqayisə etdikdə mənzərə belədir: 2000-ci ildə qızılın unsiyası təxminən 300 dollar idi, bu gün isə 2500-3000 dollar civarındadır. O dövrdə 10 min dollar qızıla yatırım edilsəydi, bu gün təxminən 85 min dollar dəyərində olardı”.

Həmin məbləğ Bakıda, xüsusən şəhərin inkişaf edən ərazilərində torpağa qoyulsaydı, bu gün həmin əmlakın qiyməti 200-250 min dollar aralığında ola bilərdi. Yəni 20-25 qat artım. Torpaq, əsasən, dəyərini qoruyan və artıran aktiv kimi qiymətləndirilir.

Vəsaiti dollar etdikdə isə, mütəxəssis bildirir ki, 10 min dollar nominal olaraq dəyişməsə də, alım gücü ciddi şəkildə azalıb. Dolların 1.7 AZN olması reallığı dəyişmir, pul uzun müddət "yatanda” dəyər itirir. T.Əliyevin sözlərinə nəticə olaraq dollar yalnız qoruyur, böyütmür, qızıl sabitlik verir, torpaq isə doğru seçim edildikdə insanı varlandıra bilir. O əlavə edir ki, bütün bunlara baxmayaraq, ən gəlirli yatırım biznes qurmaqdır: "Çünki qızıl da, torpaq da, pul da sizin üçün işləyə bilmir, amma ağlınız, bilikləriniz və ideyalarınız işləyə bilər. Pul yatanda azalır, işləyəndə isə çoxalır”. ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Dekabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri