Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Pul yığımı başlayıb

Pul yığımı başlayıb

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gündür, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin valideynlərinin sosial şəbəkələrdə fəaliyyət göstərən qrupları arasında sövdələşmədən sonra artıq yeni pul yığımına başlanıb. Səbəb qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günüdür ki, ənənəvi olaraq məktəblərdə çalışan müəllimlərə həmin gün hökmən hədiyyələr təqdim olunmalıdır.

Bu, artıq illərdir ki, ölkəmizin ümumtəhsil məktəblərində hökm sürür. Nəinki 8 martda, müəllimlər günündə, ibtidai təhsilin sonunda və son zəng zamanı müəllimlərə hədiyyələr təqdim olunur. Həm də elə-belə hədiyyələr yox, qiymətli, dəyərli hədiyyələr.

Elə 8 martın yaxınlaşması da yenidən bu ənənəni gündəmə gətirib. Hazırda şıdırğı pulyığma kampaniyasına başlanıb. Pulu yığıb müəllimlərə nə alacaqlar, nə verəcəklər, bunu valideynlər bilir. Həm də mətbuatdan da göründüyü kimi, elə müəllimlər var ki, elə-belə hədiyyə ilə razılaşmır. Elələri də var ki, bir dəstə gül və ya bir kitab onun üçün ən böyük hədiyyədir.

Pul yığımından, hədiyyədən söz düşmüşkən, bəzən müəllimləri qınayırıq ki, hədiyyə istəyirlər. Və yaxud da onlara hökmən hədiyyə verməli olduğumuzu borc hesab edirik. Lakin dərindən və məntiqlə düşünəndə müəllimləri bu cür özümüz öyrətmişik. Biz hədiyyə verməsəydik, onlar ala bilərdimi? Vaxtilə müəllimlərə hədiyyə almışıq, vermişik, onları da pis öyrətmişik, özümüzü də pis günə qoymuşuq. Müəllim adını elə özümüz ləkələmişik. İndi nə qədər ediriksə, vəziyyəti dəyişdirə bilmirik. Özümüzü pis vəziyyətə ona görə qoymuşuq ki, sinifdə birinin maddi imkanı yaxşı olanda o birininki heç də belə olmur. Valideyn məcbur olur ki, haradan tapır, tapsın, lakin övladı sinif uşaqlarından seçilməsin. Beləliklə, vəziyyət heç də yaxşı olmur. Məcbur qalır borc alır, sonra da bunu qaytarmaq barədə düşünür.

Axı bu nə qaydadır qoymuşuq məktəblərə? Müəllim dərsini deyir, dövlət də ona əmək haqqı verir. Biz müəllimə nə üçün hədiyyə verib onu öyrəncəli etmişik ki, bax, bu gün də verməyə bilmirik. Verməyəndə bəziləri buna çox böyük etiraz edir. Verə bilməyəndə özümüz də narahat oluruq.

Lakin hər şeyin bir yolu olduğu kimi, bu hədiyyə məsələsinin də bir yolu var. Bunu Təhsil Nazirliyi istədiyi an həll edə bilər. Məktəblərdə elə bir qayda-qanun tətbiq edər ki, gəl görüm, bir müəllim hədiyyə ala və yaxud bir valideyn müəllimə kiçik bir hədiyyə verə bilərmi? Deməli, hər şey özümüzdən asılıdır. Biz istəsək, nail ola bilərik. Görünən isə odur ki, hələlik nə üçünsə istəmirik.

Nə qədər ki, Təhsil Nazirliyi bu məsələnin ya öhdəsindən gələ bilmir, ya da gəlmək istəmir, biz valideynlər öhdəsindən necə var, elə gələ bilərik. Bunun üçün elə həmin sinif-valideyn qruplarında sözü bir yerə qoyuruq ki, bu dərs ilindən etibarən heç bir müəllimə hədiyyə alınmayacaq. Belə olan təqdirdə görək sizin övladınızı məktəbdənmi qovacaq, sinifdənmi çıxaracaqlar? Edin, görəcəksiniz ki, xeyri var. Axı siz etmək istəmirsiniz. Aranızda elə valideyn var ki, imkanı yaxşıdır, pul xərcləməyə yer axtarır. Bax belə pulu başından daşanlardır valideynlə müəllim arasında konflikt yaradan. Belələrinə qarşı da qrup şəklində mübarizə aparmaq, onu yaxşıca yerində oturtmaq olar. Lakin etmirsiniz, əziz valideynlər. Bizdəki bu bəhsəbəs məsələsi var, hələ çox boğazımızdan yapışıb sürüyəcək.

Düşünürəm ki, bu barədə əməlli-başlı fikirləşmək lazımdır. Axı nə qədər hədiyyə almaq olar. Bir təqvimə nəzər salın, görün, ilin neçə gününü siz bayram edib müəllimlərə hədiyyə alırsınız. Vallah, düz etmişiniz. Elə müəllimlər də, siz valideynlər də.

Yığışdıraq bu hədiyyə məsələsini. Hər il neçə müəllim bu məsələyə görə işdən kənarlaşdırılır, bilirsiniz də. Heç olmasa, bunu nəzərə alın, camaata bais olmayın. Öz büdcənizə də ziyanı ziyan ardınca vurmayın. Bir dəfə anlayın ki, müəllim dərsinin deyir, maaşını alır. Onu pis öyrətməyin. Öyrətməyin ki, sabah əziyyətini nə o, nə də özünüz çəkin.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see515

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see338

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see271

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see261

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see257

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see253

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see243

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see236

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see219

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see216

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see212

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see208

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see204

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see204

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see197

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see196

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see196

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see193

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see189

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri