Pula qənaət üçün faciə riski yaradan elektromobil sahibləri
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Bu gün paytaxtda demək olar ki, addımbaşı çoxmərtəbəli yaşayış binalarına rast gəlmək mümkündür. Bu binalarda yaşayan vətəndaşların əksəriyyəti ya "plug-in" hibrid, ya da elektrikli avtomobillərdən istifadə edirlər.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, həmin binaların həyətlərində enerjidoldurma məntəqələrinin olmaması səbəbindən sürücülər ya ictimai şarj məntəqələrindən istifadə edir, ya da xərclərə qənaət etmək məqsədilə yaşadıqları mənzildən aşağı kabel sallayaraq avtomobillərini enerji ilə yüklənməyə qoyurlar. Bu cür hallar isə bədbəxt hadisələrin başvermə riskini artırır.
Mütəxəssislər bildirirlər ki, avtomobili yaşadığınız binada təhlükəsiz şəkildə enerji ilə doldurmaq üçün mütləq əlavə və standartlara uyğun elektrik xətti çəkilməlidir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, bu sahədə Dövlət Proqramına uyğun sistemli addımlar atılmalıdır:
"Dövlət Proqramında nəzərdə tutulan şəbəkə bütün ərazilərdə mütləq qurulmalıdır. Əks halda, bu binalarda mövcud vəziyyət davam edəcək. Təəssüf ki, bəzi insanlar baş verən yanğın hadisələrindən nəticə çıxarmır və növbəti gün yenə də eyni qaydada avtomobillərini şarj edirlər. Bu isə məsuliyyətsizlikdir. Problemin həlli üçün ya daha sərt qanunvericilik tədbirləri tətbiq olunmalı, ya da vətəndaşlar üçün təhlükəsiz və əlçatan şərait yaradılaraq onlar düzgün istiqamətə yönləndirilməlidirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 19 Mart 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















