Icma.az
close
up
RU
Pullu parkinqdən hansı hallarda pulsuz istifadə etmək olar? AYNA dan AÇIQLAMA FOTO

Pullu parkinqdən hansı hallarda pulsuz istifadə etmək olar? AYNA dan AÇIQLAMA FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtda yeni tikilmiş yaşayış binasının qarşısında AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən təşkil olunan pullu parkinq sakinlərin narazılığına səbəb olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, şikayətçi sakinin sözlərinə görə, bina yeni olduğu üçün hələ çıxarış verilməyib və bu səbəbdən də parkinq üçün güzəşt hüququndan istifadə edə bilmirlər.

"Yaşadığımız binanın qarşısında AYNA-nın parkinqi var. Bina yeni olduğu üçün hələ bizə çıxarış verilməyib. Nə vaxt veriləcəyini də bilmirik. Bu səbəbdən məcburuq ki, hər dəfə maşını evimizin qarşısında saxlamaq üçün pul ödəyək. AYNA-ya zəng etmişik, deyirlər ki, qeydiyyata düşün həmin ünvana. Amma çıxarış olmadan qeydiyyata düşmək də olmur. İndi biz nə etməliyik?" - deyə sakin bildirib.

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.

"Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, digər hallarda imtiyazlar nəzərdə tutulmayıb", - deyə T.Orucov qeyd edib.

"Fərdi parklanma talonunu haradan, necə və neçəyə almaq olar?" sualına cavabında isə qurum rəsmisi bildirib ki, sözügedən talon üçün heç bir ödəniş tələb olunmur.

"Ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiqlənən "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"nda əksini tapıb. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Fərdi parklanma talonu üçün heç bir ödəniş tələb olunmur. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Vətəndaşlar "AzParkinq" mobil tətbiqini yükləyərək oradakı profil bölməsindən fərdi parklanma talonu hissəsində zəruri məlumatları əlavə edərək fərdi parklanma talonu üçün müraciət edə bilirlər", - deyə T.Orucov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see261

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see154

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see131

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see130

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see124

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see123

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri