Icma.az
close
up
RU
“Pulsuz çatdırılma” niyə bizi daha çox alış veriş etməyə vadar edir?

“Pulsuz çatdırılma” niyə bizi daha çox alış veriş etməyə vadar edir?

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Onlayn alış-veriş gündəlik həyatın adi hissəsinə çevrildikcə, mağazalar müştəriləri cəlb etmək üçün müxtəlif kampaniyalardan istifadə edir. 

Bu kampaniyalar arasında ən diqqətçəkənlərdən biri isə "pulsuz çatdırılma” təklifidir. İlk baxışdan bu, istehlakçı üçün sadəcə əlavə xərcin aradan qalxması kimi görünür. Lakin bəzi hallarda "pulsuz çatdırılma” əslində bizi planlaşdırdığımızdan daha çox məhsul almağa sövq edən marketinq alətinə çevrilir.

AZXEBER.COM xəbər verir ki, onlayn mağazalarda tez-tez belə təkliflərlə qarşılaşmaq mümkündür: "50 manatlıq alış-verişə pulsuz çatdırılma”, "100 manatdan yuxarı sifarişlərdə çatdırılma ödənişsizdir” və s.

Məsələn, bir şəxsin səbətində 42 manatlıq məhsul varsa və pulsuz çatdırılma üçün minimum məbləğ 50 manat müəyyən edilibsə, həmin şəxs 8 manatlıq əlavə məhsul almağı daha sərfəli hesab edə bilər. Nəticədə əvvəlcə 42 manat xərcləməyi planlaşdıran istehlakçı 50 manatlıq alış-veriş edir.

İqtisadi baxımdan isə burada diqqət çəkən məqam "8 manat əlavə xərcləyərək çatdırılma haqqına qənaət etmək” düşüncəsinin insanın alış qərarına təsir etməsidir.

ABŞ-da aparılmış araşdırmalardan birində pulsuz çatdırılma üçün müəyyən edilmiş həddin istehlakçıların alış-veriş niyyətinə təsiri araşdırılıb. Tədqiqat göstərib ki, belə kampaniyalar, xüsusilə müəyyən sayda məhsul almaq şərti ilə təqdim edildikdə, alış-veriş etmək istəyini artıra bilir.

İstehlakçı məhsulu artıq almağa qərar verdikdən sonra əsas diqqətini çatdırılma haqqından yayınmağa yönəldə bilər. Bu zaman "onsuz da çatdırılmaya pul verəcəyəm” əvəzinə "bir neçə manatlıq məhsul əlavə etsəm, çatdırılma pulsuz olacaq” düşüncəsi formalaşır.

Beləliklə, insan əslində ehtiyacı olmayan məhsulu almağı qənaət kimi qəbul edir.

İqtisadi ədəbiyyatda bu davranışın konkret nümunələri də araşdırılıb. ABŞ-dakı bir neçə universitetin alimləri tərəfindən aparılan araşdırmada pulsuz çatdırılma həddinə çatmaq üçün səbətə əlavə məhsulların daxil edilməsi ayrıca davranış kimi təhlil olunub. Tədqiqatçılar bunu "order padding”, yəni sifarişi əlavə məhsullarla doldurmaq kimi xarakterizə edirlər.

Pulsuz çatdırılmanın mağaza üçün də xərc yaratdığı nəzərə alınmalıdır. Kuryerin əməkhaqqı, yanacaq və digər xərclər sifarişin çatdırılması zamanı yaranır.

Bu səbəbdən mağazalar pulsuz çatdırılmanı adətən müəyyən şərtlərlə təqdim edirlər. Ən geniş yayılmış üsullardan biri minimum sifariş məbləğinin müəyyənləşdirilməsidir.

Məsələn, mağazanın orta sifarişi 40 manatdırsa, pulsuz çatdırılma həddini 50-60 manat müəyyən etməsi müştərinin orta hesabla daha çox məhsul almasına hesablanmış strategiya ola bilər. ABŞ Poçt Xidməti ilə əlaqəli pərakəndə ticarət materiallarında da pulsuz çatdırılma həddinin orta sifariş məbləğindən yuxarı müəyyən edilməsinin müştərini daha çox xərcləməyə təşviq edə biləcəyi qeyd olunur.

Bu strategiyanın mağazalar üçün əsas üstünlüklərindən biri orta sifariş məbləğinin artırılmasıdır. 

Araşdırmalar göstərir ki, pulsuz çatdırılma həddinin dəyişdirilməsi sifarişlərin orta dəyərinə təsir edə bilir. Yəni kampaniya yalnız müştərinin alış qərarına deyil, onun səbətə nə qədər məhsul əlavə etməsinə də təsir göstərir.

Başqa sözlə, mağaza müştəriyə "çatdırılma pulsuzdur” deməklə yanaşı, dolayı olaraq "səbətini bir az da böyüt” mesajı verir.

Fəridə Əsədzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Avqust 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri