Icma.az
close
up
RU
Pulsuz dərmanları bu apteklərdən almaq MÜMKÜN OLACAQ RƏSMİ

Pulsuz dərmanları bu apteklərdən almaq MÜMKÜN OLACAQ RƏSMİ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara dəyişikliklər edilib. Dəyişikliklərdən biri də ondan ibarətdir ki, ürək-damar xəstələri üçün dərmanlar bu ildən icbari tibbi sığorta hesabına vətəndaşlara veriləcək.
Bəs bu sahədə vəziyyət necədir? Ürək-damar xəstələrinə dərmanların icbari tibbi sığorta hesabına verilişinə nə zamandan başlanılacaq?
Bununla bağlı İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik.
Agentlikdən Bizim.Media-ya bildirilib ki, cari ildən ambulator şəraitdə resept əsasında yazılan ürək-damar xəstəlikləri üçün dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır:
“Hazırda əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədilə Nazirlər Kabineti dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib. Bu qərarlarla dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib.
İşin davamı olaraq “Pozitiv siyahı” hazırlanır. Bu icbari tibbi sığorta hesabına qarşılanacaq dərmanların siyahısıdır. İlk mərhələdə ürək-damar istifadə olunan antihipertenziv dərmanlar bu siyahıya daxil ediləcək və onların dəyərinin müəyyən hissəsi və ya tamı sığorta tərəfindən ödənəcək.
Dərmanların siyahıya düşməsi üçün bir neçə əsas meyar var: dərman dövlət reyestrində olmalı, keyfiyyətli və təhlükəsiz olmalı, qiyməti tənzimlənmiş şəkildə müəyyən edilməli və sığorta fondunun maliyyə imkanlarına uyğun olmalıdır.
Siyahı təsdiq olunduqdan sonra bütün dərmanlarla bağlı məlumatlar — təsiredici maddə, dozalar, tətbiq edilən xəstəliklər və kompensasiya dərəcələri — rəsmi saytda yerləşdiriləcək və siyahı hər rüb yenilənəcək.

Dərmanlar yalnız elektron resept vasitəsilə təyin olunacaq. Elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl apteklərdən ala biləcəklər. Bu özəl apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar apteki rahatlıqla tapa bilsinlər.
Hazırda icbari tibbi sığorta hesabına dərmanların ambulator şəraitdə qarşılanması istiqamətində zəruri hazırlıq işləri – elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması həyata keçirilir”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri