Icma.az
close
up
RU
Pulsuz kimsə istəyirsə, DİM ə müraciət edə bilər” İxtisas seçimi həyəcanı başlayır

Pulsuz kimsə istəyirsə, DİM ə müraciət edə bilər” İxtisas seçimi həyəcanı başlayır

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali məktəblərə qəbul imtahanları başa çatıb.

Bu il ali məktəblərə qəbul üçün 130 mindən çox abituriyent qeydiyyatdan keçib. Həmin göstərici ötən illə müqayisədə təqribən 12 min artım deməkdir. Buraxılış imtahanlarında 119 mindən çox şagird iştirak edib.

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ümumilikdə 60489 plan yeri ayrılıb. Ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb. Plan yerlərinin 28401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb.

Qeyd edək ki, qəbul imtahanları başa çatdıqdan sonra toplanan ballar əsasında ali məktəblərə seçim başlayır. İxtisas seçimi, kodlaşdırma zamanı adətən valideynlər müxtəlif təhsil ekspertlərinə, bu sahə ilə məşğul olan şəxslərə müraciət edirlər ki, bu da müəyyən məbləğdə ödəniş müqabilində həyata keçirilir.

Bu il valideynlər kodlaşdırma üçün nə qədər məbləğ ödəməli olacaqlar?

Mia.az-ın məlumatına görə, hazırda kodlaşdırma qiymətləri fərqlidir.

Belə ki, bu seçimi 100, 200, 250 manata həyata keçirənlər var. Peşə məktəbləri, magistraturaya seçim əsasən 100 manatdır. I-V qruplar, subbakalavrlar üçün 150 manat, əlavə təhsil qeydiyyatı 200 manat təşkil edir.

Təhsil üzrə ekspert Kamran Əsədov isə “Cebheinfo.az”-a bildirib ki, hər bir abituriyentin ali məktəbə ixtisas seçimini özü etmək hüququ var:

“Bu il ali məktəblərə 110 mindən çox abituriyent elektron ərizə verib. Bu xidməti müəyyən şəxslərin ödənişli əsaslarla həyata keçirməsində pozuntu yoxdur. İxtisas seçimi ilə bağlı konsultasiya xidməti göstərən şəxs məcburi kimisə çağırmır və yaxud da həmin şəxslərin kiməsə maddi, mənəvi borcu yoxdur ki, bu prosesdə ona ödənişsiz xidmət göstərsin.

Ödənişsiz xidmət göstərməklə bağlı Dövlət İmtahan Mərkəzinin Abituriyent Məlumat Mərkəzi var. Abituriyentlər və onların valideynləri istəsələr bu xidmət üçün həmin mərkəzlərə müraciət edə bilərlər.

Heç kimin cəmiyyətdə ödənişli əsaslarla xidmət göstərənləri tənqid etmək, qınamaq imkanı yoxdur. Kim istəsə, bu qiyməti 500, yaxud 50 manat edə bilər. Yəni burada bir pozuntu yoxdur. Sadəcə bu xidməti göstərən şəxslər qeyd olunan sahə üzrə təcrübəlidirlər”.

K.Əsədov bildirib ki, burada söhəbt ixtisas seçimi prosesinin çətinliyindən gedir:

“Hər il görürük ki, yüksək bal toplayan abituriyentlər prosesdən kənarda qalırlar. Çünki onlar əlinə “Abituriyent” jurnalını alır, öz ballarını görür və fikirləşirlər ki, keçənilki bal bu il də təkararlanacaq. Ancaq bu xidməti göstərən şəxslər plan yerləri, abituriyentlərin sayı üzərində müəyyən təhlillər aparırlar. Bu vaxt, resurs itkisidir.

Ona görə də bu xidmətin ödənişli olmasında problem yoxdur və normaldır. Bütün dünyada bu konsultasiya xidməti var. Ödənişli əsaslarla təhsil xidməti göstərmək hər bir şəxsin öz işidir.

Düşünürəm ki, ödənişli xidmət göstərməkdə bir problem yoxdur. Ən azından həmin şəxs valideynlərə məlumat verə bilsin ki, bu ixtisaslara əmək bazarında nə qədər ehtiyac var, hansı sahələrdə işləmək olar.

Bu informasiyaları vermək adi hal deyil, kimsə vaxtını, enerjisini ayırır, Kimisə məcburən gətirmirlər ki, gəl, ixtisas seçimini mənumlə et. Pulsuz kimsə istəyirsə, DİM-ə müraciət edə bilər”.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 İyul 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri