Pulu olmayanı otel də çıxarıb atır çölə Dubaydan qayıda bilməyən Elcan
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, aktyor Elcan Rəsulov Birləşmiş Ərəb Əmirliklərindən Bakıya qayıda bilmir.
AZXEBER.COM xəbər verir ki, bu barədə aktyor yenidən instaqram səhifəsində paylaşım edib.
Elcan bildirib ki, pulu olmayan vətəndaşları otellər qəbul etmir:
"Hazırda Dubaydan FlyDubai uçuş həyata keçirir. Bu gün Bakıya yalnız səhər saatlarında bir təyyarə sağ salamat getdi, şükür. Saat 18:15-də qalxmalı olan təyyarə hələ də Dubaydadır. Adamlar artıq təyyarənin içində idilər və qalxmağını gözləyirdilər. Yəqin ki, Dubayda ABŞ konsulluğuna dron zərbəsindən sonra
vəziyyət bir az qarışıb. Adamları artıq təyyarədən düşürüblər. Təyyarədə nasazlıq adıyla. İnşallah bu gecə yola düşərlər. Azal sadəcə email yazdı ki, reysiniz ləğv olunub, başqa məlumat yoxdur.
Qayıtmaq bileti olan hamının son ümidi Fly Dubay reysləridir. Hamı kimi mən də o reyslərin birinə bilet almışam. Bu gedişatla o reyslər də ləğv olunmasa yaxşıdır. Buraya gediş dönüş biletini, otelini əvvəlcədən alıb kiçik büdcəylə gələn adamlar var. Pulu olmayanı otel də çıxarıb atır çölə. Heç Fly Dubaydan da bilet almağa imkanı olmayacaq. Fakt bu dəqiqə Elçin adında həmyerlimiz Baniyasda parkda skamyanın üstündə gecələyir."
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 04 Mart 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















