Icma.az
close
up
RU
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” Rəisdən ŞOK AÇIQLAMA

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” Rəisdən ŞOK AÇIQLAMA

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlum olub.

Hurriyyet.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Mirzə Cəlilovun rəis olduğu 3 ildə 2 milyon 464 min manat məbləğində rüşvət aldığı müəyyən edilib.

Cəlilov 2020-2023-cü illərdə bu məbləği Naxçıvan üzrə hərbi qeydiyyatlı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquq olan və olmayan, təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan şəxsən və vasitəçidən istifadə etməklə alıb. Bununla da onların hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına köməklik edib.

İstintaq zamanı Cəlilovun ayrı-ayrı zabitlərdən 5-17 min manata arası rüşvət alaraq onları Naxçıvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ayrı-ayrı idarələrində müxtəlif vəzifələrə təyin edib. İstintaq materiallarında 12 nəfər zabitin rəisə rüşvət verərək müxtəlif vəzifələrə təyin olunduqları yer alır.

Bundan başqa cinayət işi materiallarında diqqət çəkən ittihamlardan biri Cəlilovun özü ilə bağlıdır.

O, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə və “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin tələblərinə zidd olaraq özü-özünə “polkovnik” hərbi rütbəsi, eyni zamanda özü-özünə “usta” məharəti dərəcəsi verib.

Mirzə Cəlilov dindirilən zaman rüşvəti Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə aldığını deyib. Bildirib ki, rayon və şəhər rəislərinə əvvəlki qaydada, yəni müəyyən olunmuş məbləğdə çağırışçılardan pul yığılmasını söyləyib.

Onun sözlərinə görə, 2020-2022-ci illər ərzində Naxçıvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri tərəfindən “Hərbi uçotdan çıxarmaqla hərbi xidmətə yarasızdır”, “Dinc dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır”, “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilməklə əsassız olaraq möhlət hüquq verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplanıb.

“Mən həmin rüşvətin toplanmasında vasitəçi olmuşam. Bunları Vasif Talıbovun göstərişi əsasında etmişəm. Yığılmış pulları Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə vermişəm. Həmin pullardan mənə hər dəfəsində 10 min manat, yerli idarə və şöbələrə isə yığdıqları pulun 10 faizi verilirdi. İşlədiyim müddətdə aldığım 80 min manat vəsaiti xidmətin təsərrüfat xərclərinə sərf etmişəm”- deyən rəis günahsız olduğunu bildirib.

Cəlilov özü-özünə rütbə verməsini də etiraf edib.

Cəlilov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 İyul 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri