Puqaçova Moskvadakı yeganə mənzilini satır
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Məşhur müğənni Alla Puqaçova Moskvadakı yeganə mənzilini satışa çıxarıb.
Axşam.az xəbər verir ki, bu barədə kp.ru saytı sənətçinin yaxın çevrəsinə istinadən məlumat yayıb.
Məlumata görə, daşınmaz əmlakın baxışları yalnız yaxın adamları üçün qapalı formatda keçirilir və satışla bağlı açıq elan yerləşdirilməyəcək.
Söhbət paytaxtın Arbat rayonunda, Filippovski döngəsində yerləşən, sahəsi 303 kvadratmetr olan beşotaqlı mənzildən gedir. Rieltorların qiymətləndirməsinə əsasən, mənzilin dəyəri təxminən 500 milyon rubl (təxminən 10 milyon 843 min manat) təşkil edir. Bildirilir ki, bu mənzili Puqaçovaya 2004-cü ildə onun keçmiş kürəkəni Ruslan Baysarov hədiyyə edib.
Xatırladaq ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra Puqaçova ailəsi ilə birlikdə Rusiyanı tərk edib və İsrailə köçüb. Hazırda onlar əsasən İsraildə yaşasalar da, tez-tez Latviya və Fransa kimi ölkələrə səyahət edirlər. Cütlüyün İsrail pasportu ilə yanaşı, Kipr vətəndaşlığı da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 08 Aprel 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















