Puşkinin abidəsinin yerinə Trampın büstünün qoyulması təklif edilir
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Odessa şəhərinin mərkəzində yerləşən rus şairi Aleksandr Puşkinin abidəsinin ABŞ prezidenti Donald Trampın büstü ilə əvəz edilməsi təklif olunub.
Reyting.az xəbər verir ki, bununla bağlı müvafiq petisiya yanvarın 8-də “Sosial Aktiv Vətəndaş” platformasında yerləşdirilib.
Petisiyanın müəllifi Timur Vendin yerli hakimiyyət orqanlarına müraciət edərək Puşkinin büstünün dəyişdirilməsini təklif edib. Onun fikrincə, şəhərdə və ölkədə tarixi və mədəni simvollar yenidən dəyərləndirildikcə, ictimai məkanlar təkcə tarixi irsi deyil, eyni zamanda mövcud dəyərləri, aktual müzakirələri və müasir mədəni prosesləri də əks etdirməlidir.
Vendin Puşkinin büstünün götürülməsini, bu məsələ ilə bağlı geniş ictimai müzakirələrin aparılmasını və alternativ variantların nəzərdən keçirilməsini istəyir. O, şəhər rəhbərliyindən sakinlərin fikirlərinin nəzərə alınmasını, qərar qəbuletmə prosesində şəffaflıq və qanuniliyin təmin edilməsini xahiş edib.
Qeyd edək ki, petisiyaya imza toplamaq üçün son tarix 8 aprel 2026-cı ilədək müəyyən edilib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalından sonra Puşkinin abidəsinin sökülməsi ilə bağlı dəfələrlə çağırışlar edilib. Abidə Rusiya imperiya irsinin simvolu kimi qiymətləndirilir və “Ukraynada Rusiya imperiya siyasətinin təbliğatının pislənməsi və qadağan edilməsi haqqında” qanunun təsiri altına düşür. Odessanın sabiq meri Gennadi Truxanov isə abidənin sökülməsinə qarşı çıxaraq onun şəhər tarixinin bir hissəsi olduğunu və UNESCO-nun Dünya İrsi siyahısına daxil edildiyini vurğulayıb.
2024-cü ildə Odessa vilayət polis rəisi Oleq Kiper 19 abidə və xatirə nişanının, o cümlədən Puşkinin abidəsinin sökülməsini nəzərdə tutan sərəncam imzalayıb. Həmin ilin sonunda isə Şəhər Şurası imperiya simvollarını daşıyan bir sıra abidələrin sökülməsi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üçün vəsait ayrılmasını təsdiqləyib.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 08 Yanvar 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















