Icma.az
close
up
RU
Pusquda gözləyən düşmənlər: Cənubu Qafqazı çalxalayanlar kimlərdir?

Pusquda gözləyən düşmənlər: Cənubu Qafqazı çalxalayanlar kimlərdir?

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Qafqaz ölkələri yalnız bölgənin ənənəvi etnik münaqişələrini aradan qaldırmaq və tam əməkdaşlıq etməklə üzləşdikləri təhlükələri neytrallaşdıra və Sovet İttifaqı dağılandan etibarən arzuladıqları sabitliyə çata bilərlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Cənubi Qafqaz üçün təhlükələr” başlıqlı məqalədə göstərilib ki, Cənubi Qafqaz ölkələri əməkdaşlıq etsələr yerləşdikləri regiona nəzarəti gücləndirmək, eləcə də sülh və sabitliyə nail olmaq üçün lazımi geosiyasi tarazlığa nail ola biləcəklər. Təhlükəsizlik məsələlərində Azərbaycan, Gürcüstan və Ermənistan, iqtisadi sahədə Azərbaycan, Türkiyə və Gürcüstan, hətta Türk Dövlətləri Təşkilatı kimi siyasi birliklər son nəticədə Cənubi Qafqaz ölkələrinin maraqlarının xarici güclərin maraqlarını üstələməsinə gətirib çıxaracaq.

Qeyd olunub ki, ABŞ-ın qlobal münaqişələrdən çəkilməsi Cənubi Qafqaz kimi regionlarda geosiyasi gərginliyi artıraraq güc boşluğu yaradıb. Cənubi Qafqaza geosiyasi aspektdən baxsaq görərik ki, Avropa və Asiyanın ticarət yolları və dəhlizləri arasında yerləşən bu həyati əhəmiyyətli bölgədə bir çox siyasi qüvvələr Qərblə birləşməyə can atır. Sabiq nazir Ermənistanın “Qərbə yaxınlaşmaq” istəyinə baxmayaraq xarici siyasətinin güvən doğurmadığını vurğulayıb. Buna görə də artıq onu müdafiə etmək üçün heç bir Qərb dövlətinin “əllərini çirkləndirməyə” hazır olmadığını bildirib.

Yazıda həmçinin qeyd edilib ki, Rusiya bölgədə öz təsirini saxlamaqda maraqlıdır, Türkiyə Azərbaycanla sıx əməkdaşlıqdan faydalanmaq istəyir, Fransa birmənalı olaraq ermənilərə dəstək verir, İran isə pusquda durub uyğun məqam gözləyir. Belə bir vəziyyətdə bir neçə güc sözügedən coğrafiyaya bir-birinə qarşı müdaxilə etmək qərarına gələrsə, bu, xaos və sonsuz münaqişələrlə nəticələnəcək. Bu mənada Cənubi Qafqaz ölkələrinə xüsusən də Ermənistan və Azərbaycan arasında baş vermiş ikinci Qarabağ müharibəsindən sonrakı dövrdə ən arzuolunmaz şey qeyri-stabillikdir.

Məqaləni ətraflı şəkildə aşağıdakı bu linkdən oxumaq mümkündür.


Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, istər Fransa, istərsə də İran pusquda dayanıb uyğun zamanı gözləyir:


"Unutmamalıyıq ki, Rusiya da eyni kateqoriyadandır. Çünki sözügedən dövlətlərin hər üçünü antitürk ovqatı birləşdirir. Həmçinin İran, Rusiya və Fransa türk düşmənliyini gizlətmir və açıq şəkildə biruzə verir. Yalnız qardaş Türkiyə nəinki düşmənlik etmir, həm də qeyri-türklərə rəvan münasibət bəsləyir. Bu gün hər tərəfdən sıxışdırılan Gürcüstanın ayaqda qalmasında Azərbaycanla bərabər Türkiyənin də böyük rolu var. Məhz Ermənistanın xilası Ankaradan asılıdır. Eyni zamanda bunu rəsmi İrəvana hər zaman bildirir, hiss etdirir ki, daşı ətəyindən tökərək normal münasibətlərə keçsin. Lakin Fransa, İran və Rusiya əllərindən gələni edirlər ki,  həm Cənubi Qafqazın 3 xalqı, yəni azərbaycanlılar, gürcülər, ermənilər daim münaqişə içində yaşasınlar. Üstəlik, onlar süni şəkildə də olsa, regionda varlıqlarını qorumaq istəyirlər. Sözügedən dövlətlər Cənubi Qafqazda etnik qarşıdurmaların daim ayaqda olmasında və körüklənməsində maraqlıdır".


Şərhçi vurğulayıb ki, əslində Fransanın Ermənistana verdiyi açıq dəstək bu ölkəni sevməsindən yox, türk düşmənliyindən qaynaqlanır:

"Həmin qüvvələr türkləri gərginlik içində saxlamaq məqsədi güdürlər. Ermənilər də elə bilir ki, fransızlar onları çox sevir. Elə bir şey yoxdur. Çünki Fransanın qızışdırıcılığı ilə baş vermiş bütün proseslərdə Ermənistan zərərə düşür. Gürcüstana gəlincə, Azərbaycan və Türkiyənin bu dövlətlə əla münasibətləri var. Adı keçən ölkələr müxtəlif formalarla Tbilisi ilə olan əlaqələri gərginləşdirməyə çalışır. Sadəcə olaraq, Gürcüstan hakimiyyətinin ağlı yetir ki, bu məsələdə irəli getməsin və münasibətlərin pozulmasına təkan yaranmasın".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Mart 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri