Icma.az
close
up
RU
“Putin 1 2 il də müharibə aparmağa hazırlaşır” Kremldəki mənbələr

“Putin 1 2 il də müharibə aparmağa hazırlaşır” Kremldəki mənbələr

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya ordusu Ukraynada sülh danışıqlarının dayandırılması fonunda yeni hücuma hazırlaşır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Kremldəki mənbələrə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, sülh danışıqlarında irəliləyiş əldə edilməsə, artıq Böyük Vətən Müharibəsindən daha uzun olan müharibə daha bir və ya iki il də davam edə bilər.

Məlum olduğu kimi, Vladimir Putin Kiyevdən Donbasın tam təslim edilməsini tələb edərkən, Volodimir Zelenski ərazi güzəştlərindən imtina edir və belə bir ssenarinin gələcəkdə Rusiya təcavüzünün yenidən başlamasına səbəb olacağında israr edir.

“Bloomberg” mənbəyinin məlumatına görə, ABŞ ötən həftə müttəfiqlərinə bildirib ki, tərəflərin mövqeləri hələ də bir-birindən uzaq olsa da, Moskva və Kiyevi danışıqlar masasına gətirməyə ümid edir. Mənbə həmçinin əmindir ki, Putinə İran ətrafındakı enerji böhranından faydalanmağa imkan verən Rusiyaya qarşı sanksiyaların yumşaldılması müvəqqətidir.

Moskvadakı “Bloomberg” mənbələri etiraf edirlər ki, Kremlin hazırladığı yeni hücumun cəbhədə əhəmiyyətli irəliləyişlərə səbəb olacağı ehtimalı azdır. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri tərəfindən qurulmuş "dron divarını" aşa bilmir, hücum dəstələrinin 90%-i cəbhə xəttinə çatana qədər məhv edilir. Keçən ilin nəticələrinə görə, Rusiya Baş Qərargahının generalları ötən il ərzində Ukrayna ərazisinin cəmi 0,8%-ni, bir il əvvəl isə 0,6%-ni nəzarətə götürməyi bacarıblar. Bəzi ərazilərdə Rusiyanın irəliləmə sürəti gündə cəmi 15 metr olub və 100 ildən çox müasir müharibə tarixində antirekord qırıb.

“Bloomberg”-in Kremlə yaxın mənbələrinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələrini Kupyanskdan çıxarıb, baxmayaraq ki, Putin ötən ilin sonunda bu şəhərin guya ələ keçirildiyini qürurla elan etmişdi.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Aprel 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri