Icma.az
close
up
RU
Putin 2 dəfə zəng etdi, ətrafındakılar isə... Təyyarə olayı ilə bağlı şərh

Putin 2 dəfə zəng etdi, ətrafındakılar isə... Təyyarə olayı ilə bağlı şərh

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmalarında vurulmasının bir ayı yaxınlaşır. Bu müddət ərzində şimal qonşumuzun media məkanında və cəmiyyəti daxilində rəsmi Bakı üçün təəssüf hissi ilə qarşılanan bir durum yaranıb. Sanki Rusiya özünə dost yox, düşmən axtarır və azsaylı dostlarını da itirməyi hədəfləyib.

Bu sıraya isə onunla müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayan Azərbaycanı da daxil etməyə cəhdlərin şahidi oluruq. Ölkəmiz isə səbr göstərməyə davam edir. Azərbaycan etik məsələlərə dəyər verir, ölkə mediası, ekspertləri, sosial media istifadəçiləri əndazəni aşmayıblar və təhqirə yol verməyiblər. Amma təəssüf hissi ilə qeyd etməliyik ki, hələ də bunun əksini görməkdəyik.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən Ədalət, Hüquq və Demokratiya partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bildirdi ki, Rusiya və Putin bu gün Azərbaycanın nə qədər önəmli bir dost ölkə olduğunu çox yaxşı başa düşürlər: “Bu gün Rusiyanın Azərbaycana, o cümlədən də qardaş Türkiyəyə böyük ehtiyacı var! Rusiya təbii ki, qeyd etdiyim amilləri çox yaxşı bilir. Ancaq gəlin unutmayaq ki, bu gün Azərbaycanla Rusiyanın ikitərəfli əlaqələrinin yüksək səviyyədə inkişaf etməməsində tək Amerika və Qərb maraqlı deyil, həm də Rusiyanın daxilində olan ermənipərəst qüvvələr də bunda maraqlıdır. Bütün gücü ilə çalışırlar ki, müxtəlif təxribatlarla münasibətləri pozsunlar, korlasınlar. Əlbəttə, prosesləri biz də Rusiya mətbuatından izləyirik. Xüsusən, yanvar 16-da Rusiya mətbuatından təyyarə ilə bağlı yenidən cəfəng fikirlərin yayılmasını və o cümlədən də ermənipərəst Lavrovun açıqlamalarını gördük. Quş dimdiyi ilə təyyarədə bu qədər dəlik aça bilər?! Digər tərəfdən təyyarənin içində həm ekipaj üzvünün, həm də sərnişinin qırma zədəsi ilə qan axmasının video görüntülərinə nə deyirlər? Hər kəs də açıq aydın görür ki, təyyarəmizə raketlə hücum olunub. Bunu bilmək üçün heç qara qutunun açılmasına da ehtiyac yox idi. İndi sual yaranır ki, təyyarə ilə bağlı 2 dəfə cənab prezident İlham Əliyevə zəng edib üzrxahlıq edən Putinin ətrafındakılar hansı məqsədlə bu məsələni Rusiya mətbuatında gündəmə gətirirlər? Kimlərin sifarişlərini icra edirlər? Rusiya unutmamalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev son müsahibəsində deyir ki, təyyarə Rusiya tərəfindən vurulub, amma onu da deyir ki, biz demirik ki, bu qəsdən edilib. Bu fikri kontekstdən çıxarıb bununla manipulyasiya etmək yaramazlıqdır. Çıxışa tam qulaq asanda hər şey aydındır. Prezident çox prinsipial mövqe ortaya qoyur. O, əminliklə deyir ki, təyyarə Rusiya tərəfindən vurulub. Amma o təyyarənin qəsdən vurulmasına əmin deyil. Ona görə deyir ki, biz demirik ki, təyyarə qəsdən vurulub, amma təyyarənin Rusiya tərəfindən vurulmasını əminliklə deyirəm. Təyyarənin qəsdən və ya ehtiyatsızlıqdan kimlər tərəfindən vurulmasını istintaq müəyyənləşdirməlidir. Prezident də bunu deyir. Prezident Putinə inandığını mətbuata əvvəllər də açıqlayıb. Qəsdən törədilən hər bir cinayətin motiv və məqsədi olur. Rusiya prezidentinin, xüsusilə Rusiyanın indiki vəziyyətində belə bir ağır cinayətin törədilməsinə razılıq verməsi ağlabatan deyil. Biz bu cinayətin Putin tərəfindən sanksiyalaşdırılmasına inanmırıq. Əksinə, düşünürük ki, bu cinayət qəsdən törədilibsə, deməli, Putinə qarşı təşkil olunmuş təxribatdır”.

ƏHD funksioneri bir versiya da irəli sürdü: “Rusiyada iqtidar daxilində Ukraynada savaşın dayandırılmasını istəyən qüvvələr var, o cümlədən ordunun daxilində, amma öz mövqelərini açıq bildirməyə çəkinirlər. Putinin mövqelərini zəiflətmək, ona ən yaxın qonşu ölkələrdən olan Azərbaycanla münasibətlərini korlamaq və ona olan beynəlxalq təzyiqləri artırmaq, yaxud hakimiyyət daxili çəkişmələrdə bir-birinin əleyhinə istifadə etmək üçün bu cinayəti qəsdən törədə bilərlər. Prezident təyyarənin Rusiya tərəfindən vurulmasını əminliklə deyib, üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edirsə, bu o deməkdir ki, onun əlində istintaqın ilkin nəticələri və kəşfiyyat məlumatları var. Həm də elə maddi sübutlar ortadadır ki, bunsuz belə təyyarənin Rusiya tərəfindən vurulmasını əminliklə istənilən şəxs deyə bilər. Təyyarənin qəsdən və ya ehtiyatsızlıqdan kimin tərəfindən vurulması, niyə enişə icazə verilməməsi və nə məqsədlə Aktauya yönəldilməsi isə istintaqla müəyyənləşdirilməlidir.

Rusiya dost bildiyi Azərbaycanla tam səmimi olmalıdır. Bu gün nə Rusiya, nə də Amerika Azərbaycanla başqa dillə, yaxud təhdid dili ilə danışa bilməz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Yanvar 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri