Putin: 4 min iranlını Suriyadan çıxardıq
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya İran hakimiyyətinin tələbi ilə Suriyadan Tehrana 4 min iranlı döyüşçünü çıxarıb.
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Əgər əvvəllər eyni iranlı dostlarımız onlara bölmələrini Suriya ərazisinə köçürmək üçün kömək istəmişdilərsə, indi bizdən onları oradan çıxarmağı xahiş etdilər, biz 4 min iranlı döyüşçünü Xmeymim bazasından Tehrana apardıq”, - Putin mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “iranpərəst" adlandırılan birləşmələrin bəziləri döyüşmədən Livana, bəziləri isə İraqa gedib.
Dövlət başçısı qeyd edib ki, Suriyada vəziyyət asan deyil:
"Çox ümid edirik ki, ora sülh və əmin-amanlıq gələcək. Vəziyyətə nəzarət edən bütün qruplarla, regionun bütün ölkələri ilə əlaqələrimizi saxlayırıq. Onların böyük əksəriyyəti hərbi bazalarımızın Suriyada qalmasında maraqlı olduğunu deyir”, - deyə Putin vurğulayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 19 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















