Icma.az
close
up
RU
“Putin 4 vilayəti işğal edəcəyinə əmindir” “Zelenski məyus və yorğun görünür”

“Putin 4 vilayəti işğal edəcəyinə əmindir” “Zelenski məyus və yorğun görünür”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vladimir Putin əmindir ki, onun qoşunları ilin sonuna qədər Ukraynanın müdafiəsini yarıb, iddia etdiyi dörd vilayətə tam nəzarəti ələ keçirə biləcək.

“AzPolitika” xəbər verir ki, bunu “Bloomberg” nəşri özünün Kremlə yaxın mənbələrinə istinadla yazıb.

Qəzet yazır ki, bu o deməkdir ki, Putin çətin ki, iki liderin telefon danışığı zamanı Donald Trampa hər hansı ciddi güzəşt təklif etsin. Avropa rəsmiləri isə Putinin sülhdən uzaq addımlarına rəğmən Trampın nə olursa-olsun nizamlanmaya cəhd edə biləcəyindən narahatdırlar.

“Bloomberg” yazır ki, ABŞ-nin atəşkəs səylərinin kulminasiya nöqtəsinə çatdığı hissi artmaqdadır və Avropadakı rəsmilər Trampın Rusiyaya təzyiqlərini artıracağına və ya sadəcə “uğursuzluq halında növbəti çağırışa keçəcəyinə” əmin deyillər. Məqalədə deyilir: “Döyüşlərin dayandırılması ilə bağlı bütün söhbətlərə baxmayaraq, Putin məqsədlərinə çatmaq üçün lazım gələrsə, uzun sürən müharibəyə hazırdır və Kremlə yaxın olan digər iki şəxsin sözlərinə görə, o, ABŞ-nin gələcək sanksiyaları perspektivinə nikbin yanaşır”.

Kremllə sıx əlaqələri olan politoloq Sergey Markov qeyd edib ki, Tramp Putinin atəşkəsə razı olmasını istəyir, lakin Putin özü bunu qəti şəkildə istəmir: "Ancaq Putin danışıqları pozmaqda maraqlı deyil. O, manevr etməyə çalışır ki, bu danışıqlar hərbi hücumla paralel davam etsin".

Qəzet yazır ki, Almaniya kansleri Fridrix Merz, Fransa Prezidenti Emmanuel Makron və Britaniya Baş naziri Keir Starmer cümə günü telefon danışığında Trampa Putinin ona qarşı mövqeyini kəskinləşdirdiyini aydınlaşdırmağa çalışıblar.

Onlar ümid edirlər ki, Tramp Ukrayna ilə bağlı pis sövdələşməyə məcbur olarsa, uduzan kimi görünmək riskini dərk edəcək: "Cümə günü Trampla telefon danışığında Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib. O, həftə ərzində baş verən hadisələrdən məyus və yorğun görünür. Zelenski və onun avropalı müttəfiqləri, Putinin ötən bazar ertəsi atəşkəs rejiminə əməl etməkdən imtina edəcəyi təqdirdə, Kremlə yeni sanksiyalar tətbiq etmək barədə Trampdan vəd alacaqlarına inanırdılar, lakin bu, baş vermədi”.

Avropa rəsmiləri nəşrə deyiblər ki, üç ildən artıq davam edən döyüşlərdə böyük itkilər verən Rusiyanın Putinin qoyduğu məqsədlərə çatmaq potensialı yoxdur: “Moskvadakı Müdafiə Nazirliyinə yaxın bir şəxsin sözlərinə görə, bu şübhə Ukraynada döyüşən bir çox rus hərbçisi tərəfindən paylaşılır. Xüsusilə, onun sözlərinə görə, Ukraynanın pilotsuz qüvvələri irimiqyaslı hücum əməliyyatlarını Rusiya üçün bahalı və səmərəsiz edib”.

“Bloomberg” yazır ki, Putin üçün risk odur ki, o, müəyyən mərhələdə bütün hədləri aşacaq və Trampı əlavə sanksiyalar tətbiq etmək hədəsinə əməl etməyə sövq edəcək.

Bununla yanaşı, qəzetin yazdığına görə, ABŞ rəsmiləri avropalı həmkarlarına bildiriblər ki, əgər Rusiya anlaşmaya getməsə, Tramp respublikaçı senator Lindsi Qrem tərəfindən hazırlanan sanksiya qanun layihəsinə icazə verməyi düşünür: “Tramp Putinə bu prosesi dayandıra bilməyəcəyini deyə bilər”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 19-da Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcəyini açıqlayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri