Icma.az
close
up
RU
“Putin ABŞ dakı sammitdə iştirakda maraqlı deyil” ŞƏRH

“Putin ABŞ dakı sammitdə iştirakda maraqlı deyil” ŞƏRH

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilməsi gözlənilən görüşlə Kreml sahibinin beynəlxalq təcriddən çıxmağa çalışacağını bildirib. “Təəssüf ki, Putinin təcriddən tədricən çıxması prosesi artıq başlayıb və bu, heç də ilk addım deyil” – deyən Ukrayna Prezidenti görüşdə konkret hansı məsələlərin müzakirəsindən xəbərdar olmadığını vurğulayıb. Volodimir Zelenski sözlərinə onu da əlavə edib ki, görüşdə Ukrayna ilə bağlı məsələlər müzakirə olunacaqsa, Kiyevlə məsləhətləşmələr aparılacağına inanır.

ABŞ dövlət katibi Marko Rubio isə “Fox News” televiziya kanalına müsahibəsində ölkəsinin Rusiya və Çinlə dialoqun davamı vacibliyini belə əsaslandırıb: “ABŞ, Çin və Rusiya dünyanın ən güclü üç ölkəsidir. Bu səbəbdən üç ölkənin dialoqu davam etdirməsi vacibdir. Hər üç ölkə nüvə silahına malikdir. Nüvə silahlarına nəzarət baxımından da üç ölkə arasında müzakirələrin aparılmasına ehtiyac var. ABŞ, Çin və Rusiya arasında dialoq dünya üçün də faydalıdır””.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib:

“Əlbəttə, üç nüvə dövlət arasında dialoq anlaşılandır. Ancaq illərdir davam edən bu dialoq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasına səbəb olmayıb. Dialoqda iştirak edən Çinin də xarici və təhlükəsizlik siyasətində dəyişən heç nə yoxdur. Çin ABŞ-n bölgədəki müttəfiqlərini narahat edən səviyyədə hərbi fəaliyyətini artırıb. Bundan başqa Çin nüvə arsenalını artırmaqda davam edir.

Vladimir Putin və Si Cinpin noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammitində Donald Trampla  üçtərəfli görüş keçirmək istəyirlər. Bu görüş Vladimir Putin üçün həm də ona görə əhəmiyyətlidir ki, Rusiya Prezidenti bu ilin sonunda ABŞ-da keçiriləcək “böyük iyirmilərin” sammitinə qatılmayacaq. Halbuki, Tramp Putini həmin sammitə dəvət alıb. Ancaq Vladimir Putin digər ölkə liderlərinin onunla eyni masada oturmaq istəməyəcəyini anladığından ABŞ-dakı sammitdə iştirakda maraqlı deyil. Putin bunun əvəzinə Trampla Çində görüşmək istəyir. Donald Tramp Çində üçtərəfli görüşdə iştirak edəcəyini bildirib. Ancaq üçtərəfli görüşdən nəticə çıxacağını söyləmək çətindir. ABŞ-la Rusiya və Çinin təhlükəsizlik maraqları fərqli olaraq qalır.

Bu arada, Pekinin iddiasına görə, ABŞ hərbi gəmisi Cənubi Çin dənizində Çinin özününkü hesab etdiyi adaya yaxınlaşıb. Pekinin iddiasına görə, ABŞ hərbi gəmisi qeyri-qanunu şəkildə Çinə aid sulara daxil olub. Çin hava qüvvələri ABŞ gəmisini hərəkətini nəzarətə götürüblər. Çin Müdafiə Nazirliyi son hadisəni ABŞ-ın Çinin suveren hüquqlarına hörməsizlik və bunun bölgədəki sülh və sabitliyə təhlükə kimi qiymətləndirib. Filippin Müdafiə Nazirliyininin yayımladığı açıqlamada isə ABŞ hərbi gəmisinin Çinin ərazisinə daxil olmadığı bildirilib. Məsələ burasındadır ki, Çinin Cənubi Çin dənizində iddia etdiyi adalara Filippinin də iddiası var”.

Günay

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Oktyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri