Icma.az
close
up
RU
Putin ABŞ la razılaşmır: Tramp Zelenskiyə “Tomahawk” raketlərini verəcəkmi? ŞƏRH

Putin ABŞ la razılaşmır: Tramp Zelenskiyə “Tomahawk” raketlərini verəcəkmi? ŞƏRH

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfəri zamanı Vaşinqtondan “Tomahawk” tipli uzun mənzilli raketlərin verilməsini istəyib. Səfər çərçivəsində o, ABŞ prezidenti Donald Trampla keçirilən görüşdə bu məsələni gündəmə gətirib və Ukraynanın hərbi potensialını gücləndirmək məqsədilə dəstəyi önə çıxarıb.

Lakin sonradan Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı nəticəsində raketlərin verilməsi qərarından geri çəkildiyi bildirilir.Bu situasiya həm Ukrayna, həm də beynəlxalq ictimaiyyət arasında maraq doğurur:

Maraqlıdır görəsən, ABŞ Ukraynaya “Tomahawk” raketlərini nə vaxt və necə verə bilər, yoxsa bu məsələ hələ də diplomatik manevrlər çərçivəsində qalacaq? Turkustan.az olaraq bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

Rusiya və ABŞ arasında diplomatik danışıqlar baş tutmur. Rusiya tərəfi ABŞ-ın irəli sürdüyü şərtlərlə razılaşmır. Putinin təklifləri də Tramp tərəfindən qəbul edilməyib. Bunun əsas səbəbi Vladimir Putinin Ukraynanın Donbas bölgəsinin Rusiya ərazisi kimi tanınmasını tələb etməsidir.

Hazırda Rusiya Ukrayna məsələsinin danışıqlar yolu ilə həllinə hazır görünmür. Yaxın perspektivdə də bu, mümkün sayılmır. Tərəflər, görünür ki, yalnız döyüş meydanında öz mövqelərini gücləndirməyə çalışacaqlar.

Rusiya bütün resurslarını cəbhədə irəliləməyə və yeni ərazilər ələ keçirməyə yönəldib. Qərb isə, xüsusilə Avropa ölkələri, Ukraynaya yardımlarını davam etdirsə də, ehtiyatlı davranır. Lakin bu məsələdə əsas oyunçu ABŞ-dır.
Müzakirələrdə ABŞ-ın Ukraynaya 2000–2500 km mənzilli balistik raketlər verməsi məsələsi gündəmdədir. Bu raketlərin verilməsi, müharibənin gedişatını Ukraynanın xeyrinə dəyişə bilər. “Tomahawk” raketlərinin dənizdən atılan versiyaları mövcuddur, lakin qurudan atılma variantının olub-olmaması müzakirə mövzusudur.

ABŞ prezidenti Donald Tramp tərəfindən bu raketlərin Ukraynaya verilməsi məsələsi gündəmə gələndə, Kreml narahatlığını ifadə edib. Putin bu məsələ ilə bağlı öz nümayəndəsini ABŞ-a danışıqlara göndərib.
Əgər gələcəkdə Rusiya geri addım atmasa və müharibəni sərt şəkildə davam etdirərsə, ABŞ-ın Ukraynaya “Tomahawk” və ya digər balistik raketlər verməsi istisna olunmur. Bu isə müharibənin gedişatını ciddi şəkildə dəyişə bilər.
Ümumilikdə, ABŞ istəsə, Ukraynaya bu cür strateji raketləri verməklə müharibəni bir ay ərzində bitirə bilərdi. Lakin Qərb görünür ki, Rusiyanı tədricən zəiflətmək strategiyasını davam etdirmək niyyətindədir.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Oktyabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri