Putin ABŞ nin yeni administrasiyası ilə Ukrayna məsələsində dialoqa hazır olduğunu açıqlayıb
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ABŞ-nin yeni administrasiyası ilə Ukrayna üzrə dialoqa hazırdır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Biz Ukrayna məsələsində ABŞ-nin yeni administrasiyası ilə dialoqa açığıq. Burada ən mühüm məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır", - o, yanvarın 20-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.
“Vəziyyətin həllinə gəlincə, bir daha vurğulamaq istərdim: onun məqsədi qısamüddətli atəşkəs olmamalı, qüvvələrin yenidən qruplaşması və yenidən silahlanması üçün bir növ möhlət yox, uzunmüddətli xarakter daşımalıdır", - Putin əlavə edib.

Putin Ukrayna ilə bağlı kompromislərə hazır olduğunu açıqlayıb
19 Dekabr 2024 15:01
“HƏMAS” ABŞ ilə dialoqa hazır olduğunu açıqlayıb
27 Yanvar 2025 09:10
Putin: Rusiya ABŞ ın yeni Administrasiyası ilə Ukrayna
20 Yanvar 2025 19:07
Putin: Tramp administrasiyası ilə dialoqa açığıq!
20 Yanvar 2025 18:49
Putin Trampı təbrikində dialoqa hazır olduğunu bildirib
20 Yanvar 2025 21:46

