Putin atəşkəs dövründə Ukraynaya silah tədarükünü dayandırmağı tələb edir Media
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" etibarlı mənbələrə istinadən məlumat verib.
Lakin Aİ belə bir tələbə son dərəcə şübhə ilə yanaşır. “Bu, Ukraynanı dəstəksiz qoyaraq Rusiyaya yenidən silahlanmağa imkan verə bilər”, - deyə yüksək rütbəli bir Avropa rəsmisi agentliyə şərhində izah etdi.
Bundan əlavə, "Bloomberg"in məlumatına görə, Tramp administrasiyası Ukraynanın NATO-ya üzv olmaqdan imtinası və Rusiyanın işğal olunmuş əraziləri saxlamaqla razılaşması da daxil olmaqla, Kremlə güzəştə getməyə artıq hazırdır. Bu, mümkün razılaşmanın Kiyevi həssas vəziyyətə salacağı ilə bağlı avropalı tərəfdaşlar arasında narahatlıq yaradır.
ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi və Avrasiya Qrupunun sədri Kliff Kupçan etiraf edib ki, Vaşinqton Ukraynanın neytral statusu, ordu və silahlara məhdudiyyətlər ideyasını dəstəkləyə bilər.
ABŞ Ordusunun Avropadakı keçmiş komandanı Ben Hodges də Trampın Ukrayna ilə bağlı sülh planını tənqid edərək, bunu Kiyevin Moskvaya “təslim olması” adlandırıb. O vurğulayıb ki, Kremlin razılaşmaya məcbur edilmədiyi təqdirdə əməl edəcəyinə dair heç bir sübut yoxdur.
Üstəlik, Hodges qeyd edib ki, Tramp administrasiyası Avropaya hörmət etmir və yalnız mal satmaqda maraqlıdır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 18 Mart 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















