Icma.az
close
up
RU
Putin atəşkəsə razılaşmasa, Trampı məyus edəcək Elxan Şahinoğlu

Putin atəşkəsə razılaşmasa, Trampı məyus edəcək Elxan Şahinoğlu

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə salıb. İndi top Kremlin meydanındadır. Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılaşmasa, amerikalı həmkarı Donald Trampı məyus edəcək. Halbuki, Tramp son aylarda Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edir, Rusiya Prezidenti Vladimir Putini isə tərifləyirdi. Kreml sahibinin özü və ətrafı da Trampın ünvanına müsbət fikirlər söyləyirdilər. Ona görə də Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq. Bu halda Trampın Ukraynanı hansısa formada dəstəkləməkdən başqa alternativi qalmayacaq".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Vladimir Putin müvəqqəti atəşkəsə razılaşıb tələblərini səsləndirməkdə davam edə də bilər:

"Onsuz da Tramp Putinin Ukrayna ilə bağlı əsas tələblərini qəbul edib. 1. Ukrayna NATO üzvü olmayacaq; 2. Krımın və Ukraynanın şərq bölgələrinin Rusiyanın nəzarətində qalması şərti qəbul olunacaq. Ancaq Putin bunlarla yanaşı Ukraynanın şərdə tam işğal edə bilmədiyi əraziləri də tələb edir. Əgər Putin atəşkəsə razılaşarsa, bu tələbindən bir müddət imtina etməli olacaq. Bütün hallarda atəşkəs problemin həlli deyil. Əlbəttə, Putin razılaşarsa Tramp atəşkəsi qələbəsi kimi qələmə verəcək. Ancaq keçmişdə Azərbaycan-Ermənistan qarşıdurmasında olduğu kimi Rusiya-Ukrayna qarşıdurmasında da atəşkəsin pozulması ehtimalları yüksəkdir. Ukraynaya isə başda ABŞ olmaqla heç bir Qərb ölkəsi təhlükəsizlik təminatı vermək istəmir. Təhlükə bundadır". 

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Mart 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri