Putin: BAEA İranın nüvə silahı yaratmağa çalışdığı barəsində məlumatın olmadığını bildirir
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin "Sky News Arabia" telekanalına müsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin əlində İranın nüvə silahı yaratmağa çalışması faktının olmadığını xatırladıb.
Putin deyib: "İran nüvə silahı yaratmağa çalışmadığını dəfələrlə bəyan edib. Beynəlxalq Atom Enerjisi Agentliyi də İranda nüvə silahının hazırlanması ilə bağlı heç bir əlamət və dəlil aşkar etməyib".
Putinin sözlərinə görə, İranda nüvə silahının hazırlanmasını qadağan edən fətvanın qəbul edilməsi də böyük əhəmiyyət kəsb edir. RF Prezidenti İranın öz qaydaları olan islam dövləti olduğunu söyləyib.
O, İranın mülki nüvə proqramını inkişaf etdirmək, atom texnologiyalarından dinc məqsədlərlə istifadə eləmək hüququnun olduğunu da qeyd edib.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 İyun 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















