Icma.az
close
up
RU
Putin Baş Qərargah rəisini təqaüdə göndərir SƏBƏB

Putin Baş Qərargah rəisini təqaüdə göndərir SƏBƏB

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Baş Qərargah rəisini “İgidliyə görə” ordeni ilə təltif edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiyanın "Kremlevskaya tabakerka" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bundan sonra Valeri Vasiliyeviç Gerasimova yaxın mənbələr bizimlə əlaqə saxladılar və qeyd etdilər.

“Vladimir Putinin bu qərarı onu göstərir ki, yaxın gələcəkdə Baş Qərargah rəisini heç kim əvəz etməyəcək (biz bu cür planlar haqqında yazmışdıq). Prezident Valeri Vasiliyeviç Gerasimovun Rusiya qarşısında böyük xidmətlərini etiraf edib. Valeri Vasiliyeviç Gerasimov öz vəzifəsində kifayət qədər uzun müddət işləyəcək. Mütləq “Xüsusi Hərbi Əməliyyat”ın sonuna qədər və daha uzun müddətə olacağını düşünürəm”, - kanala açıqlama verən mənbələrdən biri bu barədə deyib”.

Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə onunla razılaşmır.

“Rusiya Prezidenti Vladimir Putin tərəfindən Baş Qərargah rəisini “İgidliyə görə” ordeni ilə təltif çox güman ki, vida olacaq. Vladimir Vladimiroviç Putin Baş Qərargah rəisinin xidmətlərini etiraf edib.

Lakin bu, cəbhədəki vəziyyəti dəyişməyəcək (Prezident qoşunlarımızın irəliləmə tempindən və Mərkəzi Hərbi Dairə daxilində mühüm, əhəmiyyətli uğurların əldə olunmamasından razı deyil).

Problemlər yaranır (mənbə nəyi nəzərdə tutduğunu izah etməyib - red.) Ona görə də mən Gerasimovun tezliklə fəxri təqaüdə göndəriləcəyini gözləyirəm. Andrey Mordviçev isə Baş Qərargahın rəhbəri olacaq”.Mənbə Rusiyadakı yeni Baş Qərargah rəisinin ən geci ilin sonuna kimi meydana çıxacağını proqnozlaşdırır.Eyni zamanda, Kreml Gerasimovun gələcəyini şərh etmir. Qeyd edilir ki, Putin lazım olduqda vaxtında qərarlar verəcək.

“Vedomosti” nəşri isə Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Vasiliyeviç Gerasimovun  hərbi xidmət müddəti uzadıldığına dair ehtimalın yüksək olduğunu bildirir.

Amma sentyabrın 8-də Baş Qərargah rəisinin 70 yaşı tamam olub və onun təqaüdə getməsi ehtimalı daha çoxdur. Bu yaş hərbi xidmət üçün maksimum hesab olunur. Lakin 2021-ci ildə qanunvericiliyə edilən düzəlişlər Prezidentə generalların və marşalların xidmət müddətini 70 yaşdan artıq uzatmağa imkan verir.

Ona görə də Gerasimovun deyildiyi kimi bir neçə ay vəzifəsində qalacağını gözləmək olar. Generalın yaş həddi bağlı istefaya gönmdəriləcəyi barədə deyilənlər isə inandırıcı görünmür. 

2024-cü ilin may ayında Sergey Şoyqunun müdafiə naziri postundan azad edilməsindən və Ukraynadakı hərbi əməliyyatlara komandanlığın birbaşa Gerasimova həvalə edilməsindən sonra Rusiya ordusu cəbhədə xeyli qələbələr əldə edib. İşğal edilmiş ərazilərin genişlənməsi məhz Gerasimovun əməliyyatlara birbaşa rəhbərlik etməsi dövrünə təsadüf edir.

Eyni zamanda, Prezident Putinin Gerasimovdan narazı qalması üçün ciddi əsaslar var. Bu da çox güman ki, Ukraynaının Rusiya ərazisinə endirdiyi zərbələrin sayının artması ilə bağlıdır. Baş Qərargah rəisi Rusiyanın dərinliklərində genişlənən müharibənin qarşısını ala bilmir. Son bir ayda Rusiyanın 40 neft email zavodu, bir neçə neft kəməri sıradan çıxarılıb.

Rusiyada benzin qıtlığı yarandığından yanacaqdoldurma məntəqələrində növbələr müşahidə olunur. “Aİ-95” premium markalı benzin isə tapılmır. Ukrayna dronları Rusiya ərazisindəki hərbi obyektləri asanlıqla vura bilir. Rusiya rəhbərliyi baş verənlərə rəsmi münasibət bildirmək istəməsə də baş qərargah rəisinin təqaüdə göndərilməsi prezidentin vəziyyətdən kifayət qədər narazı qaldığını göstərir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri