Putin Belarusla təhlükəsiz qarantiyası haqda müqaviləni təsdiqləyib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə Belarus Respublikası arasında “İttifaq dövləti çərçivəsində qarşılıqlı təhlükəsizlik təminatları haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunu imzalayıb. Məlumatı “Anadolu” verib.
“Rusiya Federasiyası ilə Belarus Respublikası arasında 2024-cü il dekabrın 6-da Minskdə imzalanmış “İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında müqavilə” ratifikasiya edilsin”, - sənəddə deyilir.
Sənədi Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko 2024-cü il dekabrın 6-da Minskdə Ali Dövlət Şurasının iclasında imzalayıblar.
Belarusla təhlükəsizlik təminatı haqqında saziş fevralın 18-də Rusiya Federasiyasının Dövlət Duması, fevralın 26-da isə Federasiya Şurası tərəfindən təsdiqlənib.
“Müqavilə müdafiə xarakteri daşıyır və heç bir ölkə və ya birliyə qarşı yönəlməyib. Onun ratifikasiyası Rusiya və Belarus arasında İttifaq dövləti çərçivəsində strateji tərəfdaşlığı gücləndirir”, - Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Taymuraz Mamsurov qeyd edib.
Müqavilə üzrə tərəflər üçüncü dövlətlər, onların birlikləri, beynəlxalq təşkilatları, habelə terrorçu və ya ekstremist qruplar tərəfindən İttifaq dövlətinin suverenliyinə, konstitusiya quruluşuna, ərazi bütövlüyünə və ya xarici sərhədlərinə təhdidlər olduqda, razılaşdırılmış və beynəlxalq hüquq normalarına uyğun bütün vasitələrlə qarşılıqlı dəstək göstərməyə borcludur.
P.ƏMİRCANOV
XQ
Baxış sayı:61
Bu xəbər 01 Mart 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















