“Putin bu dəfə də “yox” desə...” Trampdan bu qərarları vermək tələb olunur
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vladimir Putin Ukrayna ilə danışıqlardan və sülhdən imtina edərsə, Prezident Donald Trampın göstərişi ilə ABŞ Rusiya neftini daşıyan gəmiləri ələ keçirməlidir. Həmçinin, Ukraynaya “Tomaqavk” raketlərinin ötürülməsini təşkil etməlidir.
“AzPolitika” xəbər verir ki, bunu nüfuzlu Respublikaçı senator Lindsi Qrem “NBC News”-a verdiyi müsahibədə deyib.
Qrem qeyd edib ki, ABŞ bir neçə gündür Venesueladan neft daşıyan sanksiya altındakı gəmiləri ələ keçirir. Onun fikrincə, Rusiya neftini daşıyan gəmilərlə də eyni şeyi etmək lazımdır.
Senator həmçinin deyib ki, Ağ Ev Rusiya neftini alanlara tarif tətbiqini və Ukrayna uşaqlarının oğurlanmasına görə Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qanunvericiliyi dəstəkləyə bilər: "Əgər o (Putin - red.) bu dəfə də "yox" desə, ümid edirəm ki, Prezident Tramp bunu edəcək: 85 senatorun müəllifi olduğu qanun layihəsini imzalamaq və ucuz Rusiya nefti alan Çin kimi ölkələrə tariflər tətbiq etmək. Rusiyanı 20.000 ukraynalı uşağın qaçırılmasına görə terrorizmin dövlət sponsoru kimi tanımaq, ən əsası isə, Venesuelada etdiyi kimi, sanksiya altındakı Rusiya neftini daşıyan gəmiləri ələ keçirmək".
Amerikalı senator həmçinin ABŞ-nin Ukraynaya “Tomaqavk” raketlərini verməsini müdafiə edib. Ondan ötrü ki, Ukrayna onlardan Rusiyada raket və dron istehsal edən hərbi zavodlara zərbə endirmək üçün istifadə edə bilsin.
Qrem bildirib ki, Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyanın üçüncü işğala başlamayacağına zəmanət verən sülh müqaviləsi lazımdır. Senator hesab edir ki, buna nail olmaq üçün ABŞ etibarlı təhlükəsizlik zəmanətləri verməlidir. Qrem həmçinin Rusiyanın başqa bir hücumunun qarşısını almaq üçün Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsini də müdafiə edir. Onun dediyi kimi, Putin ABŞ Rusiyaya təzyiqi artırana qədər təcavüzünü davam etdirəcək.
Onun fikrincə, ABŞ tərəfindən təklif olunan sülh müqaviləsi Rusiya ilə Ukrayna arasındakı müharibəyə ləyaqətlə və ədalətlə son qoymaq üçün fürsət yaradır.
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 22 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















