Icma.az
close
up
RU
“Putin bu planı rədd edəcək” Kremlin yeni planı qəbul edəcəyinə dair heç bir əlamət yoxdur

“Putin bu planı rədd edəcək” Kremlin yeni planı qəbul edəcəyinə dair heç bir əlamət yoxdur

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda çoxları Ukrayna tərəfinin “Tramp planı” ilə bağlı mövqeyini şərh edərkən, işğalçılıq müharibəsinə başlamış və onun davam etdirilməsində maraqlı olan Kremlin mövqeyini nəzərə almır. Baxmayaraq ki, Rusiya rəhbərliyindən gələn siqnallar heç də Moskvanın birmənalı olaraq Trampın təşəbbüsü kimi təqdim olunan planı dəstəkləyəcəyini göstərmir.

Bu arada məlum olduğu kimi, ABŞ ordusunun katibi Daniel Driskoll dünən Birləşmiş Ərəb Əmirliklərində Rusiya nümayəndə heyəti ilə görüşərək Prezident Trampın Ukraynada sülh üçün hesablanmış son planını müzakirə edib. Əbu-Dabidə keçirilən danışıqlar Tramp administrasiyasının Rusiyanın Ukraynadakı dörd illik müharibəsinə son qoymaq məqsədi daşıyan bir sıra yeni görüşlərinin sonuncusudur.

Rəsmi məlumatda deyildiyi kimi, ABŞ Ordu Katibi Ukrayna üçün sülh planını müzakirə etməkdən ötrü Rusiya nümayəndələri ilə də görüşüb. Lakin onların kimliyi açıqlanmır. Driskollun mətbuat katibi isə bildirib ki, o Birləşmiş Ərəb Əmirliklərində Rusiya nümayəndə heyəti ilə görüşərək Prezident Trampın Ukraynada sülh üçün son planını onlarla müzakirə edib və nəticələrə dair nikbinlik var: "Danışıqlar yaxşı gedir və biz nikbinliyimizi qoruyub saxlayırıq".

Anonimlik şərti ilə danışan ABŞ rəsmisi “The New York” Times qəzetinə deyib ki, Ukrayna nümayəndə heyəti də Əbu-Dabidədir və ABŞ komandası ilə əlaqə saxlayır. ABŞ rəsmisi bildirib ki, Ukrayna tərəfi Trampın son planını dəstəkləyir: "Düzəldilməsi lazım olan bəzi kiçik detallar var, lakin onlar artıq sülh razılaşmasına razılıq veriblər".

Lakin “The New York” nəşri öz mənbələrinə istinadla yazır ki, ABŞ administrasiyası Putinin Ukrayna ilə bağlı “Tramp planı”nın yenilənmiş versiyasını rədd edəcəyini hesab edir. Tramp administrasiyasının bəzi rəsmiləri hesab edir ki, Cenevrədə Amerika və Ukrayna arasında keçirilən görüşlərdən sonra sülh müqaviləsinə edilən dəyişikliklər Vladimir Putinin həmin planı rədd etməsinə səbəb olacaq.

Qəzet yazır ki, Rusiyanın ABŞ-nin son təklifini dəstəklədiyinə dair heç bir əlamət yoxdur. Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Rusiya hələ ABŞ-nin Ukrayna və onun Avropa müttəfiqləri tərəfindən razılaşdırılmış sülh planının "aralıq versiyasını” təqdim etməsini gözləyir.

Beləliklə, sülh danışıqlarında və müharibənin bitməsinə dair fikirlərində səmimi olmayan Kremlin əlinə bəhanə düşür. Həmin bəhanə 28 bəndlik plana edilən dəyişikliklərdir. Lakin bir çox təhlilçilərin də qeyd etdiyi kimi, Putin hətta heç bir dəyişiklik olmadan belə həmin 28 bəndlik anormal planı rədd etmək üçün müxtəlif bəhanələr tapacaqdı…

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri