Icma.az
close
up
RU
Putin buna görə israrla Donbası istəyir SENSASİON DETAL ÜZƏ ÇIXDI

Putin buna görə israrla Donbası istəyir SENSASİON DETAL ÜZƏ ÇIXDI

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Rusiya prezidenti Vladimir Putin Donbasa nəzarəti müharibənin başa çatması üçün həlledici hesab edir. Putinin təkidlə istədiyi Donbasın Rusiya ərazisinə çevrilməsi sülh prosesindəki rolu ilə seçilir.

Hurriyyet.az xəbər verir ki, iki yüksək rütbəli avropalı məmurun sözlərinə görə, Rusiya prezidenti Putin Alyaskada ABŞ prezidenti Donald Trampla görüşündə Ukrayna qüvvələrinin Donbasdan çıxarılmasını tələb edib.

Avropa rəsmilərinin bildirdiyinə görə, Putin Donbasın qarşılığında Ukraynanın qalan hissəsində davam edən münaqişəni dondurmağı və bir daha hücum etməyəcəyinə dair yazılı öhdəlik verməyi təklif edib.

Görüşdən sonra Tramp Putini dəstəkləyib və Zelenskini bu təklifi qəbul etməyə çağırıb. Ancaq Zelenski "Donbası tərk etməyəcəyik" deyərək bölgədən çəkilməyəcəklərini bildirib.

Bəs Putin niyə Dombası istəməkdə israrlıdır?

Donbas 1991-ci ildə dağılan Sovet İttifaqı ilə tarixi əlaqələri və rusdilli bölgə olması səbəbindən Putinin müharibə ilə bağlı düşüncələrində əsas yer tutur. Müharibənin əvvəlində Putin Donbasın rusdilli əhalisini Kiyev hökumətinə qarşı qorumaq üçün Kremlin hərbi və maliyyə dəstəyi verdiyini açıqlamışdı.

“New York Times” qəzetinin xəbərinə görə, Donbasa nəzarət Putinin “Ukraynadakı missiyasını başa vurduğunu” bəyan etməsi üçün həlledici meyardır.

Bəzi ekspertlər hesab edirlər ki, Putin Donbasın bütün ərazisi üçün ilhaq edilmiş digər əraziləri mübadilə etməyə hazır ola bilər. Putinin keçmiş müşaviri Sergey Markov deyir ki, Kreml Donbası “Dnepr, Sumi və Xarkovdan daha çox “bizim” kimi qəbul edir”. Bununla belə, Rusiyada müharibədən əvvəl keçirilən sorğunun nəticələrinə görə, rusların yalnız dörddə biri Donetsk və Luqanskın Rusiya Federasiyasına birləşdirilməsini dəstəkləyib.

Putinin vaxtaşırı Ukraynanın digər regionlarını ilhaq etmək niyyətinə dair eyhamlar səsləndirməsi Ukrayna rəsmiləri və Qərb siyasətçiləri arasında Rusiyanın Donbası aldıqdan sonra da müharibəni davam etdirəcəyi ilə bağlı narahatlıq yaradıb.

Bir çox müharibə tərəfdarı şərhçilər iddia edir ki, Kreml Zelenski hökumətini devirənə və Rusiyayönlü hökumət qurana qədər müharibəni davam etdirəcək. Bəzi analitiklər isə Rusiyanın Donbasdan kənarda hücum üçün lazım olan iqtisadi və hərbi resurslara malik olub-olmadığını müzakirə edirlər.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Avqust 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri