Putin “Burevestnik” raketinin dünyada analoqu olmadığını bildirib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, nüvə enerji qurğusuna malik “Burevestnik” qanadlı raketinin dünyada analoqu yoxdur.
APA xəbər verir ki, o, bu fikri qoşunların birləşmiş qruplaşmasının idarəetmə məntəqəsinə səfəri zamanı səsləndirib.
“Mənim sənaye tərəfindən təqdim olunmuş hesabatım var, Müdafiə Nazirliyinin qiymətləndirmələri ümumilikdə məlumdur. Bu, nəticə etibarilə dünyada heç kimdə olmayan unikal bir məmulatdır. Çox yaxşı xatırlayıram ki, biz belə bir silahın hazırlandığını bəyan edəndə, hətta çox yüksək səviyyəli mütəxəssislər mənə deyirdilər ki, bu, bəli, yaxşı və layiqli bir hədəfdir, lakin yaxın tarixi perspektivdə həyata keçirilməsi qeyri-mümkündür. Bu, təkrar edirəm, yüksək səviyyəli mütəxəssislərin fikri idi”, — deyə Putin bildirib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, “Burevestnik” raketi istənilən HHM (PRO) sistemini dəf edə bilir və təxminən 15 saat havada qalaraq 14 min km məsafə qət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Oktyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















