Icma.az
close
up
RU
Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi

Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Fikrimcə, Rusiya Prezidenti Vladimir Putin “15 mayda Ukrayna ilə İstanbulda təmaslara başlamağa hazırıq” təklifini irəli sürəndə Ukrayna Prezidenti Vladimir Zelenskinin “İstanbulda səni gözləyəcəm” reaksiyasını gözləmirdi. Putin “təmaslar” deyərkən özünün Zelenski ilə görüşünü nəzərdə tutmurdu. Yəqin Putin düşünürmüş ki, Vladimir Zelenskinin 2022-ci ildə Rusiya prezidenti ilə görüşə qadağası olduğundan Ukrayna prezidenti bu qadağanı pozmaz. Ancaq Zelenskini bu qadağadan imtina edərək Putinlə görüşə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Putin çətin vəziyyətə düşüb. Çünki onu İstanbulda yalnız Zelenski gözləməyəcək. Kreml sahibinin dostları Türkiyə və ABŞ Prezidentləri Rəcəb Təyyub Ərdoğanla Donald Tramp da Putini İstanbulda görmək istəyirlər. Tramp hətta ərəb ölkələrinə səfərini korrektə edərək 15 mayda İstanbula gəlməyə hazırdır. Putin İstanbula gələrsə, liderlərin dördlü görüşünü keçirmək mümkündür. Putinin Ərdoğana və Trampa isti münasibəti var. Ona görə, Putinin mətbuat katibi Dmitri Peksov prezidentin İstanbula getməyəcəyini, Rusiyanı danışıqlarda başqalarının təmsil edəcəyini bildirsə də, fikrimcə, Kreml sahibi hələ son qərarı verməyib. Ukrayna ilə yanaşı Rusiyanın da itkilərlə müşahidə edilən və yorğun düşdüyü müharibədə uzunmüddətli atəşkəs elan etmək üçün İstanbul yaxşı fürsətdir. Kreml sahibi şəxsən İstanbula gələrsə, atəşkəslə yanaşı Ərdoğana çoxdan vəd etdiyi Türkiyə səfərini reallaşdıracaq və çoxdan arzuladığı Trampla görüşəcək”, - politoloq bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 May 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri